Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 14:02

Cəmi bir neçə il öncə jurnalistika texnologiya platformaları qarşısında davam gətirməyəcəyindən narahat idi. Bu platformalarda hər kəs istədiyini dərc edə, xəbərlərin yayılmasına nəzarəti öz əlinə ala, reklam bazarını ələ keçirə, üstəlik, reklamları daha dəqiq hədəfləmə ilə gərəkən ünvana çatdıra bilər.

Ancaq indi belə çıxır ki, jurnalistika bu sınaqların öhdəsindən uğurla gələ bilər. Rəqiblər bir qədər geri çəkilməli olub. Rusiyalı jurnalist Leonid Beshidsky «Bloomberg» üçün yazdığı məqaləsində qeyd edir ki, xəbər biznesi sadəcə daha cəsarətli olmalı, mövqelərini geri almalıdır.

59% jurnalistikaya bel bağlayır

Ötən həftə «The Huffington Post» qəzeti özünün ödənişsiz bloqqerlər platformasını dayandırıb, Facebook sosial şəbəkəsi isə istifadəçilərdən xəbər mənbələrini etibarlılığına görə qiymətləndirməyi xahiş edib. Bu addımların hər ikisi ənənəvi jurnalistikaya üstünlük verilməsi deməkdir.

Elə «Edelman» marketinq agentliyinin təzəcə çıxmış 2018-ci il üçün Etimad Barometri ənənəvi mediaya etimadın artdığını göstərir. Sorğunun keçirildiyi 28 ölkədə insanların 59%-i indi jurnalistikaya etibar edir. Bu göstərici bir il öncə 54% idi. Sosial media platformalarına inamsa 53-dən azalaraq 51%-ə enib. Qərb dünyasının, demək olar, hər yerində peşəkar media onlayn platformalardan daha etibarlı informasiya mənbəyi sayılır.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Müəllifin fikrincə, Facebook sözügedən addımı atmaqla peşəkar kontentin istifadəçilərin yaratdığı kontentlə tam əvəzlənməsinin qeyri-mümkünlüyünü etiraf edib. Facebook istifadəçilərinə müəyyən mətbuat qurumlarının məhsullarından istifadənin daha faydalı olduğunu deyib. Hətta Facebook-un bu elanından sonra «The New York Times» qəzetinin səhmləri bahalanıb.

Murdoch-un təklifi

Texnologiya platformalarının keyfiyyətli jurnalistikanı əvəzləyə bilmədiyini anlaması fonunda media şirkəti «News Corp.»un icraçı direktoru Rupert Murdoch Facebook və Google-u «nalayiq xəbər mənbələri»ni populyarlaşdırmaqda suçlayıb. Ancaq o, həm də onları problemi anladıqlarına görə alqışlayıb. Murdoch eyni zamanda tələb irəli sürüb:

«Əgər Facebook «inanılmış» xəbər mənbələrini tanımaq istəyirsə, kabel televiziyaları modelində olduğu kimi, onlara müəyyən məbləğ ödəməlidir. Aydındır ki, bu nəşrlər öz xəbər və kontentləri ilə Facebook-un dəyərini artırırlar. Ancaq bu xidmətlərinə görə onlara layiq olduqları qiymət verilmir. Belə bir ödəniş Facebook-un gəlirlərinə çox cüzi, nəşrlərə və jurnalistlərə isə ciddi təsir göstərərdi».

Sosial şəbəkələrdə hansı siyasətçilərin, partiyaların səhifəsini izləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Mark Zuckerberg-in özü də xəbərlərin onun şirkətinin əsas məramına – insanları birləşdirmək və icmalar yaratmaq məqsədinə ciddi dəyər qatdığını qəbul edir. Bütün bunları nəzərə alsaq, Murdoch-un təklifi ədalətlidir. Xəbər nəşrləri öz kontentlərinin başqaları tərəfindən yenidən çapıyla mübarizəyə hazır olmalıdırlar.

«Yaxşı kontent pulsuz ola bilməz»

Musiqi sahəsində bu model işə yaradı: Facebook özünün videolarında işlətdiyi musiqilərə görə lisenziya haqqı ödəyir. «İnanılmış» nəşrlər Facebook-a təzyiq etsələr, o, onların da haqqını ödəyər.

Ancaq jurnalist yazır ki, xəbər qurumları bununla kifayətlənməməlidirlər. Sosial media və axtarış sistemləri onların çoxu üçün əsas yayım kanalına çevrilib. Bu isə onların öz saytlarını kölgədə qoyaraq, həm reklam, həm də abunə gəlirlərini aşağı salıb. Buna görə də, Facebook və Google hər hansı strateji dəyişiklik edərkən, kontentin təqdimatına ciddi fikir verməlidir.

Yaxınlaradək xəbər qurumlarının özləri texnologiya nəhənglərinin reklamdan götürdükləri böyük gəlirlərdən qəpik-quruş qazanmaq ümidiylə yaratdıqları kontenti pulsuz verməyə hazır idilər. Bu yanaşma isə bu mühüm məsələlərin həllini çətinləşdirirdi.

«Hazırkı durumda isə bu yanaşmanın yanlış olduğu və heç kimə xeyir vermədiyi aydın olmalıdır. Yaxşı kontent pulsuz ola bilməz. Əks-hücum vaxtıdır», – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG