Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Facebook-dan gizlilik vədləri və yanlışları


Facebook
Facebook

«Cambridge Analytica» şirkətinin Facebook-dan satın aldığı məlumatlardan sui-istifadə etməsinə dair iddialar bir çox ölkənin hökumətlərini əndişələndirməyə başlayıb. Halbuki, sosial şəbəkənin özəl məlumatların gizlililiyi ilə bağlı problemləri 10 ildən artıqdır ki, mövcuddur. «Amerikanın səsi» şirkətin bu sahədə ən böyük səhvləri və vədlərinə nəzər salıb.

2007

Facebook platforması işə başlayır. Şirkətin rəhbəri Mark Zuckerberg bəyan edir ki, bundan sonra app developerlərinin istifadəçilərlə onların dostları arasındakı əlaqələrə çıxışı olacaq. Facebook bu əlaqələr dəstini «social graph» adlandırır.

««Social graph» dünyanın işini dəyişdirir», – Zuckerberg deyir.

Həmin ilin noyabrında Facebook «Beacon»u işə salır. «Beacon» istifadəçilərin nə etdiyini başqa saytlarda onların Facebook-dakı dostlarına bildirir. Bir çox istifadəçilər bunu şəxsi işlərə müdaxilə sayır. Onlar həm də bu funksiyanı dayandırmaqda çətinlik çəkirlər. Massaçusets ştatının sakini Sean Lane xanımına Milad hədiyyəsi olaraq overstock.com saytından brilyant üzük alır, ancaq Facebook onun bu sürprizini pozur. İnsident məhkəmə şikayətinə yol açır.

Dekabrda Zuckerberg üzr istəyərək istifadəçilərə «Beacon»u bağlamaq imkanı verir.

2008

Facebook «Beacon»un səhvlərini düzəltmək üçün «Facebook Connect»i işə salır. Bu funksiyanın sayəsində Facebook hesablarından başqa saytlara giriş edən istifadəçilərin bunu təsdiqləməsi tələb olunur. Funksiya yeni işə düşən zaman CNN və «TripAdvisor» da daxil olmaqla, 100-dən artıq sayt bu alətdən yararlanır.

2009

Kanada Gizlilik Komissarlığı bir il davam edən yoxlama nəticəsində Facebook-un istifadəçilərə şəxsi məlumatlarının reklam sahəsində istifadə ediləcəyi və üçüncü tərəflərə ötürüləcəyi haqda məlumat vermədiyini aşkarlayır. Bundan sonra Facebook gizliliyi təkmilləşdirməyə başladığını elan edir. Facebook istifadəçiləri öz gizlilik ayarlarını nəzərdən keçirməyə dəvət edəcəyinə söz versə də, qurumun bütün tövsiyələri ilə razılaşmır.

Lane-nin məhkəmə iddiasının yekunu olaraq, «Beacon» rəsmən bağlanır.

Amerika Vətəndaş Azadlıqları Birliyi insanlara xəbərdarlıq edərək bildirir ki, Facebook-da dostunuzun hər hansı app, yaxud testə girişi nəticəsində həmin app və ya testi hazırlayan şirkət sizin profilinizə giriş əldə edir. Hətta öz profilinizi «gizli» etmiş olsanız belə, Facebook-un defolt settinqləri buna imkan verir.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

2010

App-meykerlər Facebook-un «social graph»ından mürəkkəb data çıxara bildiklərini ortaya qoyurlar.

«The Wall Street Journal» yazır ki, bir çox populyar app-lər Facebook-dan götürülmüş datanı onlarla reklam və internet şirkətinə ötürür. Facebook buna cavab olaraq bəzi app-ləri bağlayır.

Qəzetin bu məqaləsindən öncə Facebook gizlilik funksiyalarını yenidən dizayn etdiyini açıqlayır və 400 milyon istifadəçisinə paylaşdıqları məlumatları kimin görə bilməsi üzərində nəzarət imkanı verir.

2011

ABŞ-ın Federal Ticarət Komissiyasının (FTC) Facebook-un istehlakçılara verdiyi vədləri yerinə yetirməməsini araşdırdıqdan sonra ortaya qoyduğu iddialara görə:

- 2009-cu ilin dekabrında Facebook istifadəçilərin özlərinə bildirmədən onların hətta gizli saxladıqları dost siyahılarını belə ictimailəşdirib;

- İstifadəçilər paylaşımlarını yalnız dostların görməsini istəsələr də, data onların giriş etdikləri üçüncü tərəflərlə (app-lərlə) paylaşılıb;

- Facebook istifadəçilərin şəxsi məlumatlarını reklam sifarişçiləri ilə paylaşmamağa söz versə də, paylaşıb və s.

Facebook növbəti 20 il ərzindı hər iki ildən bir gizlilik məsələlərini audit edəcəyinə söz verir və Zuckerberg səhvləri açıq etiraf edir.

2013

Facebook müxtəlif ölkələr arasında milyardlarla dostluğa dair iki illik anonimləşdirilmiş datanı Kembricdən olan tədqiqatçı Aleksandr Kogan-la paylaşır və onun 2015-ci ildə işıq üzü görmüş tədqiqat işinin həmmüəllifi olur.

Kogan-ın yaratdığı test app-i 300 minədək insan tərəfindən yüklənir. Bu, Kogan-a onların milyonlarla dostunun məlumatlarına çıxış imkanı verir.

Facebook Rusiya trollarına qarşı yeni portal yaradır
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

2014

Facebook app-lərin dostların məlumatlarına çıxış imkanlarını ciddi məhdudlaşdırdığını bəyan edir. Bu, Kogan və başqalarının edə bildiyi kimi, üçüncü tərəflərin datanı yağmalamasının qarşısını almalı idi. Bundan sonra həm də developerlər həssas dataya çıxış əldə etmək üçün Facebook-dan icazə almalı idilər.

2015

Facebook «The Guardian» jurnalistlərindən Kogan-ın qaydalara zidd olaraq datanı «Cambridge Analytica» ilə paylaşdığını öyrənir. O, app-ə qadağa qoyur və Kogan-la «Cambridge Analytica»dan tələb edir ki, datanı pozduqlarının təsdiqini təqdim etsinlər.

2018

Facebook «The Guardian» və başqa media qurumlarından «Cambridge Analytica»nın Facebook-dan yanlış yollarla əldə etdiyi datanı pozmadığını öyrəndiyini bildirir. O, «Cambridge Analytica»ya, Kogan-a və «Cambridge Analytica»nın «The Guardian»a bu məlumatları ötürmüş keçmiş əməkdaşı, kanadalı Christopher Wylie-yə xidmət etməyəcəyini bəyan edir.

Zuckerberg CNN-ə baş verənlərə görə üzr istədiyini deyir. O, 2014-cü ildən öncə irihəcmli data toplayan app-meykerlərin auditini aparacağına və bu barədə istifadəçiləri məlumatlandıracağına söz verir. ABŞ və Britaniyada məsələnin araşdırılması tələbləri səslənir. FTC Facebook-un 2011-ci ildə verdiyi vədləri pozub-pozmadığını araşdırmağa başlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG