Keçid linkləri

2024, 14 Aprel, bazar, Bakı vaxtı 15:55

Facebook-a gözlənilən yenilik gəldi


Karikatura. Emosiya kastinqi.
Karikatura. Emosiya kastinqi.

-

Uzun müddətdir Facebook-da sınaqdan keçirilən «Reactions» emosiyalarından indən belə bütün istifadəçilər yararlanacaq. Artıq status və paylaşımları bəyənməklə yanaşı, fərqli reaksiyalar vermək mümkün olacaq.

Sosial şəbəkənin bəzi istifadəçiləri mənfi yüklü paylaşımları bəyənməyi birmənalı saymırdı. Ancaq «bəyən» düyməsinin həm də diqqət bildirməyin bir yolu olduğunu düşünənlər də vardı.

Artıq istifadəçilər bəyənməklə yanaşı, fərqli emosiyalardan (sevgi, gülüş, təəccüb, üzüntü, əsəb) yararlana biləcəklər.

Facebook yenilik hazırlanarkən, sosioloqlardan məsləhət alındığını bildirib.

XS
SM
MD
LG