Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 13:33

Yazıçı oğluna 9 il həbs cəzası verildi


Yazıçı Fərman Kərimzadə

Yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə 9 il azadlıqdan məhrum edilib. Mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Ə.Kərimzadə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. Vaxtilə 3 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmiş Ə.Kərimzadə müxtəlif problemlərini çözmək adıyla 7 nəfərdən toplam 60 min manata yaxın pul alıb qaytarmamaqda suçlanır.

Hökmdən əvvəl Ə.Kərimzadə məhkəmədə son sözünü deyib. O, Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyasından bəraət hökmü çıxarılmasını istəyib.

«Zərərçəkənlərdən İlahə mənə şər atır. Onun dediklərinin hamısı böhtandır. Digər zərərçəkənlərin isə şikayəti yoxdur. Onlardan da borc almışam, sonra da aparıb qaytarmışam. Ona görə barəmdə bəraət hökmü çıxarılmalıdır», – Ə.Kərimzadə belə deyib.

Ardından müşavirəyə yollanan hakimlər az sonra hökmü elan edib.

Əziz Kərimzadə daha öncə də dələduzluq ittihamı ilə məhkum edilib. O, 2012-ci ilin yayında Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunubmuş. Muradov şikayətində göstəribmiş ki, Ə.Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Ə.Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunub. O zaman Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanı ödəmələrini əsas götürərək, onları şərti cəzayla azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG