Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

MSK-dan "exit-poll" keçirmək istəyənlərə yaşıl işıq


Azərbaycan - exit-poll, 2008-ci ilin prezident seçkiləri
Azərbaycan - exit-poll, 2008-ci ilin prezident seçkiləri

►Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 20-də keçirilən toplantısında parlament seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların müraciətinə baxılıb.

Müzakirələrdə “exit-poll” keçirmək istəyən üç təşkilatın üçünün də müraciətinə müsbət cavab verilib.

Bunlar Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır.

Azərbaycanda “exit-poll” ənənəsi 2005-ci il parlament seçkilərində qoyulub.

Ancaq “exit-poll” keçirən təşkilatlar bir qayda olaraq indiyə kimi maliyyə mənbələrini ictimaiyyətə tam açıqlamayıblar. Bu da cəmiyyətdə müəyyən suallar doğurub.

Xüsusilə də 2005-ci ildə «Renaissance Associates» şirkətinin təşkil etdiyi Mitofsky «exit-poll»unu çoxları hələ də unutmayıb.. Mitofsky ölümündən əvvəl yazdığı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd göstərdiyini yazmışdı.

Buna da bax: Mədət Quliyev MTN-ə birinci müavin təyin edildi

2013-cü ildə də Azərbaycanda keçirilmiş prezident seçkilərində «exit-poll»u ABŞ-ın «Arthur J. Finkelstein&Associates» (AJF) şirkəti həyata keçirmişdi.

Adıçəkilən şirkət bu işi «APA Holding»in sifarişi və tərəfdaşlığı ilə həyata keçirdi. Ancaq onda da maliyyə mənbələri açıqlanmamışdı.

"Exit poll" səsvermə günü seçicilərin, seçki məntəqəsini tərk edərkən, kimə səs verdiklərini öyrənmək məqsədilə keçirilən sorğudur. Nəticələri səsvermə bitəndən sonra açıqlanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG