Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:19

‘Exit-poll’ keçirənlər bəlli oldu


Bu il fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində ayrı-ayrılıqda 3 “exit poll”keçirəcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyindən bildiriblər.

MSK-dan verilən məlumata görə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ), “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu isə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək.

“Exit-poll” keçirməkdən ötrü qeydə alınan daha bir təşkilat isə Rəy Monitorinq Mərkəzidir.

“Exit-poll” nədir?

“Exit-poll” vətəndaşların seçki günü verdikləri səslərin təkrar sayılmasıdır. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır.

Seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri barədə sual verir, seçicilərin qısa anketi cavablandırması ilə bu prosesi həyata keçirirlər.

“Exit-poll”da iştirak könüllü və anonimdir. Səslərin hesablanmasının yekun nəticələri “exit-poll”un gözlənilən xəta həddindən kənara çıxarsa, bu zaman səslərin rəsmi hesablanmasının saxta olması barədə şübhələr yaranır.

Onun Azərbaycanda yaşı...

Azərbaycanda "exit-poll”u ilk dəfə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində həyata keçirib.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və bu il fevralın 9-da növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG