Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

'Exit-poll' keçirmək istəyən 2 təşkilat MSK-ya üz tutub


Exit-poll, Bakı, 15 oktyabr 2008
Exit-poll, Bakı, 15 oktyabr 2008

Bu il fevralın 9-da Milli Məclisə gerçəkləşəcək növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi sabah, yanvarın 19-da başa çatır.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır.

Mərkəzi Seçki Komissiyası (MSK) isə öz növbəsində “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul etməlidir.

İki müraciət var

MSK-da iclas, Bakı, 22 noyabr 2010
MSK-da iclas, Bakı, 22 noyabr 2010

MSK katibi Mikayıl Rəhimov “ Turan” agentliyinə deyib ki, “exit-poll” keçirilməsi ilə bağlı indiyə kimi iki təşkilat onlara müraciət edib.Amma qurumdan həmin təşkilatların adı, hələlik, açıqlanmayıb.

“Hələ iki gün vaxt var, yəqin ki, bu müddət ərzində də müraciət edənlər olacaq”, deyə MSK katibi bildirib.

Müraciət edənlərə razılıq verilməsi qaydası barədə isə M.Rəhimov bunları bildirib:

““Exit-poll” keçirilməsində iştirak etmək üçün təşkilatın maliyyə imkanları, insan resursları, nə qədər seçki dairəsini əhatə edə bilmələri öyrənilir və bu parametrlər tələblərə cavab verdiyi halda qeydə alınır”.

““Exit-poll”ar o qədər şübhəli olub ki,...”

Akif Qurbanov,17 oktyabr 2013
Akif Qurbanov,17 oktyabr 2013

Demokratik Təşəbbslər İnstitutunun (DTİ) rəhbəri, MSK-nın keçmiş üzvü Akif Qurbanov isə Azadlıq Radiosuna deyib ki, 2005-ci il parlament seçkiləri istisna olmaqla Azərbaycanda keçirilən bütün “exit poll”lar inamsızlıqla müşayət olunub:

“Bu “exit-poll”ar o qədər şübhəli olub ki, cəmiyyət tərəfindən etibarlı mənbə kimi qəbul edilməyib. “Exit-poll”un keçirilməsi üçün MSK-nın qəbul etdiyi təlimatın özü də kifayət qədər qüsurludur.Onda xeyli məhdudlaşdırıcı hallar var. Bu təlimata əsasən MSK arzu etdiy tərəflərə “exit-poll” keçirməyə imkan verər, arzu etmədyi tərəfi isə prosesdən kənarda saxlayar”

Akif Qurbanov hesab edir ki, “ exit-poll” üçün müraciət edən qurumlar öz resursları barədə açıqlama verilməlidir:

“Mən MSK üzvü olanda da bu barədə dəfələrlə mürciət etmişəm. Müracitələrimə baxmayaraq “exit-poll” keçirən tərəfin texniki, insan, maliyyə resursları, onun mənbələri barədə özümə də məlumat verməyiblər”.

A.Qurbanov deyib ki, prosesi icra edən heyətin “nə dərəcədə peşəkar və tərəfsiz olması” sualı həmiə açıq qalıb:

“Əgər bir məsələ haqqında informasiya verilmirsə və gizlədilirsə, demək bunun arxasında ciddi suallar, narahat edici məqamlar var”.

““Exit-poll”lar özünü doğruldur”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİA) ölkədə keçirilən bir sıra seçkilərdə “ exit-poll” təşkil edib. Qurumun Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, qarşıdakı seçkilərdə isə AVCİYA “exit-poll” keçirməyəcək, ancaq müşahidənin təşklilə məşğul olacaq. Azərbaycanda keçirilən “exit-poll”arın nə dərəcədə özünü doğrultması məsələsinə gəlincə isə M. Zülfüqarlı bu barədə müsbət düşünür. O hesab edir ki, Azərbaycanda “exit-poll”lar özünü doğruldub:

"“Exit-poll” çıxşda müşahidə, səs vermiş vətəndaşlarla təmas deməkdir. Səsvemənin nəticələri ilə bağlı vətəndaşların məntəqədə verdikləri səslə, “exit-poll”dakı səsələrin tutşdurulması deməkdir. Məntəqədə verilmiş səslə “exit-poll” arasında 1-2 faiz fərq ola bilər. Əgər, fərq çox olursa demək, “exit-poll”in nəticələrinə görə, içəridə saxtalaşdırma olduğunu qeyd etmək olar. Azərbaycanda keçirilən seçkilərdə, hələ belə uyunsuzluq olmayıb ki, “exit-poll”la məntəqədəki səsəvermə arasında ciddi fərq olsun”

Xatırlatma

Yeni Azərbaycan Partiyasının toplantısı, 28 noyabr 2019
Yeni Azərbaycan Partiyasının toplantısı, 28 noyabr 2019

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Prezident də öz növbəsində növbədənkənar parlament seçkilərinin bu il fevralın 9-da keçirilməsinə dair sərəncam verib. Əslində Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG