Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Evlənənlər azalıb, ölənlər çoxalıb...


arxiv foto
arxiv foto

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda doğuş əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb, ölənlərin sayı isə artıb. Nikahların sayının da azaldığı, boşanmalarön isə əksinə artdığı bildirilir.

Dövlət Satatistika Komitəsi-nin bilgilərinə görə, yanvar-sentyabrda Azərbaycanda qeydiyyat şöbələri 45 min 977 nikah qeydə alıblar.

Ötən ilin eyni dövrü isə bu göstərici 47 min 388 olub.

Boşanmaların sayı isə əksinə, xeyli artıb. Yanvar - sentyabr aylarında 11 min 102 boşanma halı qeydə alınıb. Ötən ilin eyni dövründə boşanmaların sayı isə 10 min 977 olmuşdu.

Doğulanlar azalıb, ölüm halları artıb

Hesabat dövründə Ədliyyə Nazirliyi-nin rayon qeydiyyat şöbələri 103 min 371 körpənin doğulmasını qeydə alıblar. 2017-ci ilin eyni dövründə isə bu göstərici xeyli yüksək olub - 107 min 459 körpə.

Dövlət Satatistika Komitəsi-nin bilgilərinə görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda vəfat edənlərin sayı çoxalıb. 43 min 640 ölüm halı qeydə alınıb. Ötən il eyni dövrdə vəfat edənlərin sayı 43 min 89 nəfər olub.

Xatırlatma

Son illər Azərbaycanda ardıcıl olaraq doğuşun azaldığı bildirilir.Artıq, bununla bağlı Milli Məclisdə deputatlar da narahatlıqlarını bildirirlər. Onlar hətta doğulan körpələrə görə, verilən birdəfəlik müavinətin ( 90 manat civarında) artırılmasını və uşaqlara bəlli bir yaşa qədər aylıq müavinətin verilməsini təklif edirlər.

XS
SM
MD
LG