Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:11

Evlər ucuzlaşacaq, ya bahalanacaq? Əmlakçılar cavab verir


Bina

«Azərbaycanın əmlak bazarında disbalans, qaydasızlıq, qanunsuzluq hökm sürür. Qiymətlərdə isə çox böyük diferensiasiya var. Metrostansiyaların yaxınlığındakı mənzillərin qiyməti həddən artıq bahadır».

Bunu Bakının ucqar qəsəbələrindən birində mart ayında mənzilini satıb hələ də yenisinin axtarışında olan Rafiq Məmmədli söyləyir. AzadlıqRadiosunun müsahibi deyir ki, uzun illərdir yaşadığı mənzili oğlu ali məktəbə qəbul olunduqdan sonra satmaq qərarına gəlib, səbəb tələbənin hər gün yollarda, tıxacda 2-3 saat vaxt itirməsidir. Üstəlik də, ailənin digər üzvü də şəhərin başqa istiqamətində işlədiyindən o da hər gün 2-3 marşrut dəyişməklə yollarda xeyli əziyyət çəkir.

Metro stansiyalarından birinin yaxınlığında ev axtaran R.Məmmədli son 5-6 ayda əmlak bazarını yetərincə öyrəndiyini, indiyə qədər 60-70 mənzilə baxdığını bildirir: «Martdan bəri axtarışdayıq. Ancaq satdığımız mənzilin qiymətinin yarısından bir qədər də çox məbləğ əlavə etmək lazımdır ki, otaq sayı daha az, şəraiti elə də yaxşı olmayan bir ev tapaq. Qiymət fərqi bax belədir. Tutaq ki, şəhər kənarında 80 min manata satdığım yaxşı şəraitli evin əvəzində hər hansı metro stansiyası yaxınlığında heç 120 min manata da mənzil tapa bilmirəm».

Hərçənd, R.Məmmədli inanır ki, yaxın zamanlarda əmlak bazarında qiymət düşəcək və ürəyi istəyən yerdə münasib qiymətə mənzil ala biləcək. Onun arzusu realdırmı?..

«Kvadratmetri 3500-5000 min manatdır»

Əvvəlcə qiymətlərə baxaq. «Real əmlak» şirkətində ekspert Nazim Mehdizadə paytaxtdakı metrostansiyaların yaxınlığındakı yeni tikililərin qiyməti haqda bunları deyir: «Tutalım, «Elmlər Akademiyası» yaxınlığında yeni tikilidə bir mənzilin kvadratmetri 2500 manatdırsa, «Nərimanov»da bir qədər aşağıdır, 1700-1800 manatdır. «Əhmədli», «Həzi Aslanov» tərəfdə daha ucuzdur, burda təmirsiz evlərin kvadratmetri 700-800 manatdır, təmirlilərin qiyməti isə 1000-1100 manat. Həm də qiymət binadan asılıdır, ekonom layihələr var, biznes layihələr var, premiumlar var. «Xətai» metrosu ətrafında, «Ağ şəhər»də, «Yeni Həyat»da inşa olunan binalar premium layihələrdir, çox keyfiyyətlidir, təbii ki, qiyməti də çox yüksəkdir. Məsələn, «Yeni Həyat»da mənzilin kvadratmetri 3500-5000 manat arasındadır. «Ağ şəhər»də «pod mayak» evlərin kvadratmetri isə 2500-3000 min manatdan başlayır. Düzdür, bu qrup üzrə müştəri də azdır».

Finlandiyada evsiz qalmır
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Əmlakçı: «Bu da yeni binalara axını artırır»

Söhbətləşdiyimiz əksər əmlakçılar əmlak bazarında durumun ürəkaçan olmadığını deyirlər. N.Mehdizadənin sözlərinə görə, manatın devalvasiyasına qədər vəziyyət daha yaxşıymış: «Bizim devalvasiyadan başqa, əmlak bazarına təsir edən başqa amillər də var. Rusiyada yaşayan azərbaycanlılar bizim əmlak bazarına hər il külli miqdarda yatırım qoyurdular, mənzil, obyekt alırdılar, orda vəziyyət dəyişəndən sonra burdakı bazara da təsirini göstərdi. Son üç ildə əvvəlki həcmdə satış yoxdur».

Əmlakçılar son aylarda müşahidə olunan cüzi qiymət enməsininsə müvəqqəti xarakter daşıması qənaətindədirlər. Məsələn, ekspert Nazim Kəlbəliyev bunun yay mövsümü ilə bağlı olduğunu söyləyir. «Real əmlak» şirkətində ekspert N.Mehdizadə də 5-10 faizlik qiymət ucuzlaşmasının əhalinin yayda istirahətdə olması, əmlak satışının nisbətən arxa plana keçməsi ilə izah edir: «Yayda ipoteka tranşları da dayandırılır. Bu səbəbdən qiymətdə çox cüzi enmə baş verir, təxminən 5-10 faizlik».

N.Kəlbəliyev payızda qiymətdə ucuzlaşma yox, əksinə cüzi bahalanma gözləyir, o təxminən10 faizlik bahalanma proqnozlaşdırır.

Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Qiymət niyə düşmür? Əmlakçı-ekspert Kəlbəliyev Bakıda köhnə binaların, xüsusən də 1960-70-ci illərdə inşa olunan sovet binalarının alıcısının azaldığını, ipotekanın daha çox yeni binalara verildiyini söyləyir: «Bu da yeni binalara axını artırır. Əvvəllər köhnə mənzilləri alaraq təmir edib satanlar vardı, indi bu fikirdən vaz keçiblər. Ona görə yeni binalara meyl çoxalıb. Yeni binaların tikintisi üçün də sementdən başqa hər şey xaricdən gəlir. Dollar qalxması-filan da qiymətə təsirini göstərir. Ona görə qiymət enməsi gözlənilmir. Əksinə, qiymətlər sabitdir, hətta yeni tikililərdə qiymətlər bir qədər qalxıb, təxminən 5 faiz».

Əmlak eksperti N.Mehdizadə də deyir ki, əhali qabaqlar etibarlılıq baxımından köhnə evlərə üstünlük versə də, son zamanlar yeni tikililərə və ya həyət evlərinə maraq artıb.

«Abadlaşma məqsədilə aparılan söküntü zonasında kiməsə 50-100 min manat verilibsə, o, həyət evi alır. Eləsi də var, yeni tikililərə üstünlük verir. Həmçinin köhnə tikililərin söküləcəyi də bildirilir, ona görə meyl ya yeni göydələnlərədir, ya da həyət evlərinə. Hamısı maddiyyata söykənir», - o, izah edir.

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

«...bəlkə o zaman qiymət düşə bilər»

Əmlakçı bu gün əmlak bazarında ən çox qiyməti 30-50 min manat arasında olan birotaqlı mənzillərin və həyət evlərinin satıldığını, bir də uzunmüddətli kreditlə verilən evlərə marağın böyük olduğunu bildirir. N.Mehdizadənin sözlərinə görə, nisbətən ucuz başa gələcəyi deyilən sosial evlər istifadəyə verilərsə, bəlkə o zaman ev bazarında qiymət düşə bilər: «Kirayələrdən axın o evlərə olacaq, ucuz – 50-100 min manatlıq evlərin qiymətində də ucuzlaşma gözlənilə bilər».

«Evini satışa çıxaranlar gözləmə mövqeyindədirlər»

Konkret bu günə gəlincə, əmlakçılar deyir ki, son həftələrdə manatın məzənnəsinin dəyişəcəyi haqda səslənən ehtimallar əmlak bazarına da təsirsiz ötüşməyib, evini satışa çıxaranlar gözləmə mövqeyində dururlar, əmlak satışını dayandırıblar.

Mənzil axtarışında olan R.Məmmədli isə təkrar devalvasiya olacağı halda belə mənzillərin çox bahalanacağına inanmır: «Nisbətən bahalaşacaq, o da manatla. Devalvasiya baş verməyəcəyi, manatın kursu sabit qalacağı halda qiymətlər qalxmayacaq. Məncə, qiymət artımı ağlabatan deyil. Azərbaycanda tikilən mənzillərin sayı həddən çoxdur, az qala, Bakıda hər kvadratmetrdə ev tikilir, bu boyda mənzil fondunun qiyməti necə qalxa bilər? Əvvəl-axır qiymət düşəcək, özü də dəfələrlə. Buna qəti əminəm».

N.Mehdizadə deyir ki, Rusiyada və Türkiyədə rublun və lirənin məzənnəsinin düşməsindən sonra Azərbaycanda manatın təkrar devalvasiyası baş verərsə, ilkin reaksiya olaraq ajiotaj yaranacaq və qiymət qalxacaq, amma... Az sonra qiymət yenə düşəcək. Hər halda, əmlakçı belə deyir və müştəriyə qalır, sadəcə, gözləmək.

XS
SM
MD
LG