Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:32

Polisdə Əvəz Zeynallıya vəfat edən jurnalistləri xatırladıblar


Əvəz Zeynallı
Əvəz Zeynallı

«Allah eləməsin, sənin bir daha həbs olunmağını heç kim istəmir».

Sentyabrın 3-də polis bölməsinə dəvət olunan jurnalist Əvəz Zeynallıya onu qəbul edən sahə müvəkkili Nadir Abbasov belə deyib.

Bu haqda bölmədən çıxdıqdan sonra Ə.Zeynallının özü məlumat verib.

Polis bölməsində Ə.Zeynallıya indiyədək vəfat etmiş jurnalistlərin taleyi də xatırladılıb: «Mən görüşdə sözlə işlədiyimi, yazmağın mənim işim olduğunu vurğuladım. Bu zaman mənə sözlə məşğul olanların ağır taleyə düçar olduğunu bildirdilər».

Ə.Zeynallı bildirib ki, görüşün əsas məqsədi barədə ona aydın izah verilməyib: «Mən il yarımdır həbsdən çıxmışam. Sahə müvəkkili bildirdi ki, ağır cinayət törətməkdə məhkum edilmiş şəxsləri davamlı nəzarətdə saxlamaq onların işidir. Eyni zamanda yeni təyin edildiyini, tanış olmaq, söhbət üçün dəvət etdiyini bildirdi».

Ə.Zeynallının polisə çağrılma səbəbini aydınlaşdırmaq istəsək də, sahə müvəkkili Nadir Abbasovla əlaqə yaratmaq cəhdlərimiz alınmayıb.

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktoru olub. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

XS
SM
MD
LG