Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:19

«Uzunluğu 3 metr yarım, hündürlüyü 1 metr 80 santimetrdir. Evə gələn olanda qapıdan əyilib keçir. Quş damı da burdan geniş, hündür olar. Bu şəraitdə 4 uşaq, bir xəstə həyat yoldaşım, bir də mən – ümumilikdə 6 nəfər yaşayır. Uşaqlar məktəbə gedir, dərslərini hazırlayanda dəftərlərini divara söykəyib yazırlar. Biri oturanda, o biri növbə gözləyir ki, o qalxsın, bu otursun. İndi bunu da əlimizdən almaq istəyirlər. Başçı xəbər göndərib ki, ya özləri çıxsın, ya da zorla çıxarılacaqlar. Səsimi prezidentə çatdırın, imkan verməsin daxmamızı sökmələrinə...».

«DÖRD UŞAQLA KÜÇƏDƏ QALACAĞIQ»

Bunu «Qaynar xətt»ə Qubadlı rayonundan məcburi köçkün olan və Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 ünvanında məskunlaşan Elşad Xəlilov deyir.

Üç gündür ki, Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri bu ünvana gələrək ailəni zorla küçəyə atacaqları ilə hədələyirlər. Elşad Xəlilov deyir, 6-nəfərlik ailənin getməyə yeri yoxdur: «Dörd məktəbli uşaqla, xəstə həyat yoldaşımla hara gedəcəyimi bilmirəm. Üç gündür gətirib bildiriş veriblər ki, evdən çıxaq, başçının söküntü ilə bağlı göstərişi var. Çıxmasaq, evi əşyalarıyla birlikdə başımıza uçuracaqlar. Uşaqlar həyəcan içindədir, həyat yoldaşım ağlayır. Aqibətimiz necə olacaq, bilmirik. Dörd uşaqla küçədə qalacağıq, hökumət bizi heç yerə sığındırmır. İcra hakimiyyətinin işçiləri deyir, «bizə yalnız sökmək əmri verilib, harasa köçürmək işinə baxmırıq»».

Hövsan sakinləri də evlərinin sökülməsinə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

«EV TAXTADAN, ÖZBAŞINA TİKİLİB»

Elşad Xəlilov fəhləliklə məşğul olur, deməsinə görə, gündəlik 5-6 manat qazancı olur. Onu da ailəyə çörək almağa xərcləyir. Ailəni idarə edə bilməməsi üzündən ürək ağrısına tutulubmuş. Körpələrlə və xəstə həyat yoldaşı ilə evdən çölə atılmaq xəbəri durumunu daha da ağırlaşdırıb. Üç gün əvvəl işdən gəlib məsələdən xəbər tutanda, Nəsimi rayon İcra Hakimiyyətinə gedib, ancaq qapıdan içəri buraxmayıblar.

Nəsimi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, barəsində danışılan ev taxtadan özbaşına tikilib, sənədi yoxdur: «Köçkünlərin mənzil problemi ilə «Qaçqınkom» məşğul olur. Köçkünə dəfələrlə bildirilib ki, həmin quruma müraciət etsin».

Elşad Xəlilov deyir, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə (Qaçqınkom) müraciət edib, ancaq müsbət cavab almayıb. «Qaçqınkom»dan məsələyə münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG