Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Azərbaycanda güzəştli mənzil müəmmasını rusiyalı ekspert izah edir


Ermənistanın yeni baş naziri Qarabağ danışıqlarında nəyi dəyişir
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Necə olur ki, milyonlarla dollara başa gələn dövlət saytı - elektron hökumət portalı, mənzil satışı günü çökür?

Mənzillər doğrudanmı bir neçə adama satılıb? Bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Ondan başlayaq ki, bu gün, mayın 8-də şikayətçilər, yenə Mənzil İnşaatı Dövlət Agentliyi binasına gəlib etiraz ediblər. Onlar texniki nasazlıq izahına inanmırlar.

Vətəndaşlar mayın 7-də də agentliyin qarşısına toplaşıb, etiraz etmişdilər.

Mənzillərin satışı erkən müraciət edənə erkən xidmət prinsipi ilə həyata keçirilir. Yəni, birinci kimlər müraciət edirsə, mənzil onlara satılır, amma bəlli olub ki, sistem erkən müraciət etmək istəyənlərin sənədlərini qəbul etməyib.

Agentlik mayın 8-də açıqlama yayıb ki, layihəyə marağı nəzərə alaraq, “Elektron hökumət” portalına eyni vaxtda xidmət imkanı öncədən 10 min nəfərə qədər artırılmışdı, amma müraciət daha çox olduğundan sistem dözməyib.

Lakin mənzillərin ilkin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların müraciətlərinin sayı kütləvi xarakter daşıyıb. 7 may 2018-ci il saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60 min 184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 mindən çox olub.

Agentlik deyir ki, texniki nasazlıq bu səbəbdən yaranıb.

16 min eyni anda qoşulma sayı çoxdurmu? Belə qoşulma dövlət serverində niyə izafi yüklənmə yaratsın?

Rusiyalı informasiya texnologiyaları mütəxəssisi Aleksey Şlyapujnikov deyir ki, adi fərdi komputerdən bir az güclü kompüter bu yüklənmənin öhdəsindən gələ bilərdi:

“Dünyada belə saytlar var və onlardan yüz milyonlarla adam istifadə edir. Belə texnologiyalar üçün sadəcə güclü server lazımdır. Məişət kompüterindən bir az güclü server və düzgün quraşdırma kifayətdir. Əminəm ki, istənilən dövlətin çoxlu sayda ziyarətçini qəbul edəcək sayt yaratmaq üçün resursu var”.

Aleksey Şlyapujnikov deyir ki, indiki halda hökumət şübhələrə son qoymaq istəyirsə, evləri satdığı şəxslərin IP ünvanlarını açıqlasın.

Agentlik isə hələlik evləri kimlərə satdığına dair informasiya verib-verməyəcəyini bildirmir. Sadəcə qeyd edir ki, sistem təkmilləşdiriləcək.

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli deyir ki, güzəştli mənzillərə ona görə belə maraq olub ki, adamların alternativi yoxdur, onun fikrincə, bu mənzillər heç güzəştli də deyil:

“Bu, sosial evlər deyil, dövlət büdcəsi hesabına yaradılmış kommersiya layihəsidir. Məqsəd podratçı şirkətlərin dövlət büdcəsindən yararlanmasına şərait yaratmaqdır. Serverin çökməsi də texniki yaradılmış problemdir ki, özlərinə haqq qazandırsınlar”.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, elektron hökumət layihəsinə dövlət hələ başlanğıcda 15 milyon manatdan çox pul xərcləmişdi. Məqsəd idarəetmədə şəffaflığı artırmaq idi, amma görünən odur ki, məqsədə çatılmayıb. Hüquqşünas deyir ki, indiki halda vətəndaşlar birləşərək, bu prosesin yenilənməsini inzibati qaydada icra strukturlarından və ya demokratik yollarla tələb edə bilərlər:

“Yekun nəticə cəmiyyəti qane etməyib. Böyük ehtimalla proses qeyri-şəffaf keçdiyi üçün ev paylanması müəyyənləşdirilmiş qruplar arasında baş verib. Sistemin çökməsi hüquqi baxımdan əsas verir ki, proses yenilənsin və yenidən şəffaf keçilsin. Məsələn, elektron püşkatma yolu ilə”.

Bəs Bakı sakinləri necə, onlar bu prosesin şəffaflığına inanırlarmı? AzadlıqRadiosu onlarla sorgu keçirib:

Güzəştli mənzillər nə qədər şəffaf satılır?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Vətəndaşların və Mənzil Agentliyinin açıqlamasından belə məlum olur ki, yüklənmə ASAN imzanın saytında yaranıb, çünki müraciət bu sayt üzərindən mümkündür. Beynəlxalq Şəffaflıq təşkilatının hesabatına görə, elektron hökumət portalının əsas hissəsi olan ASAN imzanı Estoniyanın BEST Solution şirkəti qurub.

Amma şirkətin sahibi Yana Krimpe AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu problemin şirkətə aidiyyəti yoxdur, ASAN imza yüz minlərlə istifadəçi qəbul etməyə qadirdir və sual hökumətə verilməlidr.

Dövlət bu layihə ilə aztəminatlı şəxslərə güzəştli şərtlərlə, ipotekaya mənzil verəcəyini bildirmişdi.

Təkcə Yasamal Yaşayış Kompleksində 6-10 min insana ev satılması nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG