Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Ev şəraitində COVID-19-dan müalicə alanların statistikası ayrıca aparılır


COVID-19
COVID-19

Səhiyyə Nazirliyinin rəsmisi Nadir Zeynalov bu günlərdə Operativ Qərargahın keçirdiyi brifinqdə COVID-19 virusuna yoluxmuş şəxslərin evdə müalicəsi haqda danışıb. O, hazırda ölkədə 10 min 202 nəfər belə şəxs olduğunu bildirib.

Rəsmi məlumatda ölkədə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxduğu deyilir. Onlardan da 15 min 93 nəfər sağalıb, 306 pasient ölüb. Hazırda aktiv xəstə sayı 8 min 642 nəfərdir. Rəqəmlərdən bəlli olur ki, evdə müalicə alanların statistikası ayrıca aparılır, onlar ümumi siyahıya daxil edilmir.

Səhiyyə Nazirliyi bunu təsdiqləyir: "Bakıda COVID-19-a yoluxanlar və yoluxmuş şəxslə təmasda olduqlarına görə müşahidə altında saxlanılanlar var. Belə şəxslərin sayı 10 min 202 nəfərdir".

Nazirlikdən o da deyilir ki, bu 10 min 202 nəfər ölkədə ümumi COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənmiş 24 min 41nəfərlik kontingentə aid deyil: "Bu 10 min 202 nəfərin heç də hamısı virusa yoluxmayıb. Onların arasında virusa yoluxmuş şəxslərlə təmasa görə müşahidə altında saxlanılanlar böyük üstünlük təşkil edir və belələrinin virusa yoluxma ehtimalı var".

Testdən keçənlər, amma nəticəsi hələ bəlli olmayanlar var

Nazirlik virusa yoluxmuş şəxslə təmasda olmuş şəxslərin də iki-üç həftəlik müşahidə altında saxlanıldığını, verilmiş analizlərin nəticələrindən asılı olaraq ya müalicəyə cəlb edildiklərini, ya da sərbəst buraxıldıqlarını da bildirir. Belə şəxslər ya sahə həkiminin, ya da qeydiyyatda olduğu poliklinikanın nəzarətində olurlar.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, bu kateqoriyadan testləri pozitiv və ya neqativ çıxanlar olduqda Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumat verilir, Qərargah da həmin şəxsi ya yoluxma, ya sağalma kimi ümumi siyahıya daxil edir: "Ümumi olaraq testdən keçənlərin, nəticəsi pozitiv olanların sayı barədə Operativ Qərargaha məlumat verilir. Eyni zamanda, nə qədər şəxsdə virus aşkarlanmaması barədə məlumat da qərargaha bildirilir".

Bundan başqa, ev şəraitində müalicə alan və müşahidə altında olan şəxslər arasında testdən keçənlər, amma nəticəsi hələ bəlli olmayanlar da var, - nazirlikdən qeyd edirlər.

Eyni zamanda, ev şəraitində virusu yüngül, əlamətsiz keçirənlərin də müalicə aldığı, belə şəxslərə təyin olunan dərmanların sahə həkimləri və ya şəxsin qeydiyyatda olduğu poliklinika tərəfindən verildiyi deyilir.

Xatırlatma

Operativ Qərargahın iyulun 12-nə yaydığı məlumata görə, Azərbaycanda ümumilikdə 24 min 41 nəfər koronavirus infeksiyasına yoluxub. Ölkə üzrə gündəlik yoluxmanın sayı 500-dən yuxarıdır.

Koronavirus infeksiyasına yoluxan xəstələrin evdə müalicə olunmalarına iyundan, yəni ümumi yoluxma sayı artdığına görə başlanıb. Operativ Qərargah qərara gəlib ki, bu xəstəliyi yüngül, əlamətsiz keçirən şəxslər ev şəraitində özünütəcridə alınaraq müalicə olunsunlar.

Bu, həm də koronavirusa yoluxan xəstələrin artmasına görə xəstəxanalarda yükü azaltmaq məqsədilə edilib. Bu kateqoriya xəstələr Səhiyyə Nazirliyinin xətti ilə sahə həkimlərinin nəzarətinə verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG