Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

Ukrayna Ermənistan müğənnisini Eurovion-a buraxmaya bilər


Artsvik Arutyunyan
Artsvik Arutyunyan

Rusiya mediasında yayılan xəbərlərə görə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edəcək müğənninin ölkəyə gəlişinə qadağan qoya bilər.

Bu ilin mahnı yarışı Ukraynanın paytaxtı Kiyevdə keçirilməlidir.

UTX Artsvik Arutyunyanın ilhaq olunmuş Krımda konsertlər verib-vermədiyini araşdırmalıdır. Ukrayna qanunlarına görə onun icazəsi olmadan yarımadaya üçüncü ölkə vətəndaşlarının səfərləri qeyri-legitim sayılır.

Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko verib.

Lenta.ru saytı Geraşşenkoya istinadən yazır ki, müğənninin Rusiyanın ilhaqından sonra Krımda olması təsdiqini taparsa, onun Ukraynaya girişi məsələsinə dair “ayrıca qərar” qəbul ediləcək.

Ukrayna xüsusi xidmətləri Rusiyanın Eurovison təmsilçisi Yuliya Samoylova barədə ayrıca qərar qəbul etməlidir
Ukrayna xüsusi xidmətləri Rusiyanın Eurovison təmsilçisi Yuliya Samoylova barədə ayrıca qərar qəbul etməlidir

Daxili İşlər Nazirliyinin vəzifəlisi deyib ki, “Rusiya müğənnisi Yuliya Samoylovanı Krımın ilhaqından sonra yarımadaya getdiyinə görə məsuliyyətə cəlb etdiyimiz halda, başqalarının belə hərəkətinə göz yummaq ədalətsizlik olardı”.

Geraşşenko bildirib ki, bu sayaq yoxlama, ümumiyyətlə Eurovision 2017-nin bütün iştirakçıları barəsində aparılacaq.

Artsvik Arutyinyan bu yarışda Fly With Me (Mənimlə uç) adlı mahnı ilə çıxış etməlidir.

Martın 20-də UTX Rusiya nümayəndəsi Yuliya Samoylovanın Ukraynaya girişinə qadağan barədə sənədin hazırlandığını xəbər verib. Bununla belə son qərarın hələlik qəbul olunmadığı əlavə edilib.

Ukrayna xüsusi xidmətləri Samoylovanın 2015-ci ilin iyununda Krımda çıxış edib-etmədiyi faktını dəqiqləşdirməyə çalışır.

Ukrayna qanunlarına görə Krıma yarımadanın ilhaqından sonra səfər etmiş sənətçilərin Ukraynaya girişinə qadağan qoyulur.

Lakin gazeta.ru saytının yazdığına görə Arutyunyanın Krımda çıxış etməsinə dair heç bir sübut yoxdur.

Müğənninin bacısı Şoger Arutyunyan deyib ki, Artsvikin Krımda nə dostları, nə də qohumları var.

5 yaşından Moskvada yaşayan Arutyunyan Rusiya və Ermənistan auditoriyasına Rusiyanın “Qolos” yarışındakı çıxışından tanışdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG