Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 09:43

“Eurovision-2022”nin qalibi Ukrayna oldu


İtaliya-Ukraynanın "Kalush Orchestra" qrupunun üzvləri, 2022 Eurovision mahnı yarışması.
İtaliya-Ukraynanın "Kalush Orchestra" qrupunun üzvləri, 2022 Eurovision mahnı yarışması.

Azərbaycan 106 səslə 16-cı yerdə qərarlaşıb.

“Eurovision -2022” mahnı yarışmasının qalibi Ukrayna oldu.

“Kalush Orkestri” adlı qrup finalda “Stefaniya” mahnısı ilə səhnəyə çıxıb.

Solist Oleq Psyuk bu mahnını anasına, eləcə də övladlarını müharibənin dəhşətlərindən qoruyan bütün qadınlara həsr etdiyini deyir.

Qeyd edək ki, final mayın 14-də İtaliyanın Turin şəhərində keçirilib.

“Kalush” 2019-cu ildə yaradılmış rep qrupudur. Ukraynanın İvano-Frankovsk vilayətindəki Kaluş şəhərinin adını daşıyır.

Tamaşaçıların səsverməsi və münsiflər heyətinin ümumi nəticələrinə görə, Ukrayna təmsilçiləri böyük fərqlə-631 xalla qalib gəliblər.

Böyük Britaniya 466 xalla ikinci, İspaniya isə üçüncü olub.

İlk beşlikdə həmçinin İsveç və Serbiya yer alıb.

Azərbaycanı bu yarışmada “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli isə müsabiqədə 106 səslə 16-cı yerdə qərarlaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG