Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

'EuroHome'da 'yananlar'


EuroHome bazarında yenə yanğın var
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

EuroHome bazarında yenə yanğın var

Dünən, mayın 11-də Bakıdakı "EuroHome" tikinti bazarında ikinci dəfə yanğın baş verib. Birinci dəfə, 2019-cu il dekabrın 10-da baş verən yanğından sonra sahibkarlar bir neçə dəfə aksiya keçirib dövlətdən kompensasiya istədilər. Lakin onlara kompensasiya verilmədi. Rəsmilər sahibkarlara mallarını sığorta etdirməyi məsləhət bildilər. Onda bazarın 5 hektar ərazisinin 2 hektarı yanmışdı. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilirdi. Bu dəfə isə ilkin açıqlamaya görə, yeni təmir edilən bazarda 3300 kv.m. hissə (ümumi sahəsi 22500 kv.m.-ə yaxındır) yanıb. Bəs bu dəfə necə olacaq?

Sahibkar: "20-yə yaxın sığorta şirkətinə zəng etdik ki,..."

Dünən ziyan çəkən sahibkarlardan Vüsal Süleymanov AzadlıqRadiosuna deyib ki, mayın 11-dən bu yana nə bir dövlət adamı, nə də "EuroHome" rəhbərliyi onların önünə çıxıb bu yanğının səbəbini izah edib: "Biz hələ də bilmirik ki, bu yanğına səbəb nə olub, onun mənbəyi nədir?". (Rəsmilər yanğının səbəbinin araşdırıldığını bildirirlər-red.)

O xatırladıb ki, 2019-cu il dekabrın 10-da bu mərkəzdə baş verən yanğından sonra dövlət başçısı İlham Əliyev sahibkarlara mallarını sığortalatmağı tövsiyə edib. "Biz də ölkədəki sığorta şirkətlərinə bu məqsədlə müraciət etdik. Onlara zəng etdik ki, bu məsələni həll edək. Amma 6 aydan bu yana heç bir sığorta şirkəti bizim müracitlərimizə müsbət cavab vermədi. Nə "EuroHome" rəhbərliyi buna təşəbbüs göstərdi, nə sığorta şirkətləri", - sahibkar iddia edib.

Amma V.Süleymanov bununla bağlı konkret ad çəkməyib. Onun fikrincə, indi dövlət öz sözünü deməli, sığorta şirkətlərindən bunun səbəbini soruşmalıdır. Bu açıqlamaya, hələlik, sığorta şirkətlərindən münasibət almaq mümkün olmayıb.

Amma məsələ ilə bağlı rəsmilərdən artıq müəyyən açıqlamalar eşidilməkdədir.

Nazir nə deyib

Mayın 11-də yanğın yerinə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə deyib ki, əvvəlki yanğından sonra obyektin rəhbərliyi göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsi ilə bağlı xəbərdar edilib: "Bu obyektin sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Ona görə də bunun nəticəsində, əsasən, zərərçəkən kim olur - bunun sahibi və sahibkarlar. Mənə belə gəlir ki, bu hadisədən sonra bu obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər".

İstər nazirin bu açıqlamasına, istərsə də sahibkarların şikayətinə, hələlik, "EuroHome" rəhbərliyindən də münasibət almaq mümkün olmayıb.

R.Həsənov
R.Həsənov

"Hər tərəfin öz günahı"

İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, bu məsələdə hər tərəfin öz günahı var. Onun fikrincə, burada həm sahibkarların məsuliyyətsizliyi, həm sığorta sisteminin zəif inkişafı və həm də zəmanət mexanizmlərinin formalaşmaması rol oynayıb: "Bu yöndə dövlət siyasətini həyata keçirən qurumlar fəaliyyətini səmərəsiz və səriştəsiz formada, əksər hallarda isə korrupsiyalaşmış şərtlər daxilində həyata keçirirlər".

Onun sözlərinə görə, bəzən sahibkarlar gəliri gizlədərək ziyan dəyəndə dövlətdən kompensasiya verilməsini istəyirlər.

R.Həsənova görə, bu sahədə nəzarəti həyata keçirən dövlət qurumlarının da kifayət qədər nöqsanları var. Onun fikrincə, dövlətin nəzarət orqanları belə hallara göz yumurlar, son nəticədə faktiki olaraq zərər biznesə, sahibkarlıq subyektlərinə, ölkə iqtisadiyyatına dəyir.

İqtisadçı hesab edir ki, biznesin rəsmiləşdirilməsində çox nöqsanlar var. O əlavə edib ki, bəzən sahibkar əmlak, vergi sığorta xərclərini aşağı salır, belə hallar olduqda sığorta şirkətləri üçün əlverişli olmayan şərait yaranır: "100 min manat dəyər göstərilən əmlakın reallıqda dəyərinin 1 milyon olması üzə çıxır və sığorta belə prosesdə maraqlı olmur".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG