Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

'EuroHome' yenə yandı [Video]


Yanğın söndürüldükdən sonra
Yanğın söndürüldükdən sonra

FHN: "Bazarın 3300 kv.m. hissəsi yanıb"

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğınla bağlı növbəti açıqlama yayıb.

Nazirlik bildirir ki, yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb: "Ümumi sahəsi 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub".

Açıqlamanın sonunda da oxuyuruq: "Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib".

Amma bu açıqlamanı, hələlik, sahibkarların özündən dəqiqləşdirmək mümkün olmayıb.

Nazirlik vurğulayıb ki, yanğının başvermə səbəbi araşdırılır.

+++

Bakı şəhəri Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğının mayın 12-si saat təqribən 1 radələrində söndürüldüyü bildirilib.

Amma yanğının başvermə səbəbi, hələlik, açıqlanmır. Sahibkarlar, hələ də mağazalardakı mallarını daşımaqdadırlar.

Yanğının söndürüldüyü barədə xəbəri Fövqəladə Hallar Nazirliyinin rəsmiləri təsdiq ediblər:

"Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib", deyə qeyd edilib.

Bundan əvvəl verilən xəbərlərdə mayın 11-də “EuroHome” tikinti materialları bazarının ərazisində yanğın baş verdiyi bildirilirdi.

EuroHome bazarında yanğın zamanı
EuroHome bazarında yanğın zamanı

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, "112" qaynar telefon xəttinə, “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

“Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.Hazırda yanğınsöndürmə işləri davam etdirilir”, qurum bildirib.

EuroHome bazarında yenə yanğın var
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

Hadisə şahidlərinin bildirməsinə görə, hazırda mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib.

Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

Ötən il, dekabrın 10-da da «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi.

Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, o vaxt bazarın 5 hektar ərazisinin 2 hektarı yanmışdı.Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilirdi.

Sonradan bazarda təmir işləri aparılmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG