Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Tofiq Zülfüqarov: 'Ermənistan qulpsuz çamadan kimi görünür...'


T.Zülfüqarov
T.Zülfüqarov

«Ermənistanda «Qarabağ klanı» deyilən bir qruplaşma hakimiyyəti zəbt edib əlində saxlayır. Özü də bunların həm daxili, həm də xarici siyasətini Ermənistan cəmiyyəti, ziyalılar qəbul etmirlər».

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov «Turan» agentliyinə Ermənistandakı siyasi gəlişmələrin səbəblərini, perspektivlərini dəyərləndirərkən belə deyib. Onun fikrincə, Ermənistanı uzun müddət idarə etmiş hakimiyyətin siyasi davranışları, hətta siyasi davranışdan kənar olan bəzi hadisələr cəmiyyətin onlara qarşı narazılığını yaradıb.

«İndiki hadisələrin əsas kökü və əsas səbəbi budur. Bəzən deyirlər ki, əsas səbəb odur ki, Qərblə Rusiya arasında hansısa toqquşmalar var və guya Qərb Ermənistanı öz tərəfinə çəkmək istəyir. Mən bu fikrin tərəfdarı deyiləm», - deyən keçmiş nazir Rusiyanın Ermənistandakı hadisələrə reaksiyasının sakit olduğunu vurğulayıb:

«Rusiyadan Gürcüstana, Ukraynaya nisbətən demək olar ki, çox sakit və çox təmkinli bir reaksiya verilir. Rusiyadan Ermənistana kiçik bir nümayəndə heyəti göndərilib. Müzakirələr onu göstərir ki, Rusiya parlamentinin üzvləri gəlib müzakirə aparıb. Demək olar ki, Rusiya tərəfindən ciddi hansısa addımlar atılmır. Rusiyadakı yeni meyllər göstərir ki, bu ölkə artıq ora marağını itirir. Artıq açıq şəkildə deyilir ki, Ermənistanın Rusiyanın müdafiəsi üçün heç bir hərbi əhəmiyyəti yoxdur. İqtisadi baxımdan bazar ildən-ilə azalır. Bu ölkənin əhalisinin sayı artıq 1.6 milyonadək azalıb. Bu baxımdan Ermənistan qulpsuz çamadan kimi görünür...».

Parlamentdəki fraksiyalar Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyib
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

«Böhran nəticəsində daxilən zəifləyəcəklər»

T.Zülfüqarov hesab edir ki, Ermənistandakı durum Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara ciddi şəkildə təsir edəcək: «Rusiya əgər Ermənistandan çəkilsə, onlar gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər. Əgər bu, baş versə, deməli, real sülh mümkündür...».

Amma bununla belə, keçmiş nazir vurğulayıb ki, bu illər ərzində təbliğat nəticəsində Ermənistan öz hərbi imkanlarını çox şişirdib:

«İctimaiyyətə göstəriblər ki, guya onlardan güclü bir ordu yoxdur. Doğrudur, aprel hadisələri (2016-ci ildə atəşkəsin ciddi şəkildə pozulması və bir neçə gün davam edən hərbi əməliyyatlar.-R) onları bir az ayıltdı. Amma yetərincə olmadı, çünki onlar axıracan öz mövqelərində qalırlar. Hesab edirəm ki, indiki böhran nəticəsində onlar daxilən çox zəifləyəcəklər. Bunun nəticəsi həm də Qarabağ probleminə təsirini göstərəcək».

Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağa necə təsir edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Xatırlatma

Ermənistanda S.Sarkisyan 10 il prezident olandan sonra baş nazir postuna keçdi. Ancaq dinc etirazlar sonucunda istefa verməli oldu. Konstitusiyaya dəyişikliklər isə artıq baş nazirin səlahiyyətlərini genişləndirmişdi. Bunun əvəzində prezidentin səlahiyyətləri azalıb.

Elə opponentləri də etirazları bu səbəblə izah etdilər. Onlar deyirlər ki, yeni sistem Sarkisyanın qeyri-müəyyən müddətə ölkə lideri postunda qalmasına imkan verərdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG