Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:14

Etirazçılar Bakı-Sumqayıt yolunu bağladı [Video]


"Ya ev ver, ya da sür keç üstümdən"
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

"Ya ev ver, ya da sür keç üstümdən"

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında keçirilən aksiyada səslənən məsələlərlə bağlı münasibət bildirib. O, qeyd edib ki, «Avtovağzal» stansiyasından Xocasən qəsəbəsinə tikilməkdə olan yeni depoya tunel çəkilir. Qərara alınıb ki, tunelin üzərinə düşən 66 yaşayış evi köçürülsün:

«Artıq evlərin köçürülməsi ilə bağlı müvafiq qurumlar qərar qəbul edib, evlərin qiymətləndirilməsi aparılıb. Bütün bu işləri müvafiq icra hakimiyyəti orqanları yerinə yetirirlər. Metropoliten qiymətləndirmə və köçürmə həyata keçirmir», - o bildirib.

+++

Oktyabrın 7-si səhər saatlarında bir qrup aksiya iştirakçısı Beynəlxalq Avtovağzal yaxınlığında Bakıya gedən yolu bağlayıblar.

Ancaq hadisə yerinə gələn polislər yolun açılmasına nail olublar. Aksiya iştirakçıları «Motodrom» massivində yaşayan insanlar olub. Onlar demələrinə görə, evlərinin sökülməsi təhlükəsi ilə üzləşiblər.

Aksiya iştirakçıları bildiriblər ki, ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 80-ə qədər evin sökülməsi gözlənilir. Sakinlər isə ödənilməsi nəzərdə tutulan kompensasiyaların azlığına etiraz edilər: «Bizə hər kv.metrə görə 500 manat təklif edirlər. Bu isə olduqca azdır və bu pulla biz yeni ev ala bilmərik».

Buna da bax-Sakinlər: 'Metro istifadəyə veriləndə xeyli sevindik...'

Aksiyaya qatılan 50-dən çox sakinin Bakı- Sumqayıt magistral yolunu bağlaması nəticəsində güclü tıxac əmələ gəlib. Polis qüvvələri əraziyə yeridilərək yolu açıb. Hazırda sakinlərlə Binəqədi rayon İcra Hakimiyyəti təmsilçiləri arasında danışıqlar gedir. Polislə əhali arasında insident qeydə alınmayıb.

Polis
Polis

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG