Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Partiya sədrinin oğlu qətlə yetirilib


E.İsmayılov
E.İsmayılov

Azərbaycan Ədalət Partiyasının sədri, keçmiş respublika prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun sentyabrın 19-da Türkiyənin İstanbul şəhərində qətlə yetirildiyi bildirilir.

Məlumatı AzadlıqRadiosuna Ədalət Partiyasından da təsdiq ediblər.

Partiyadan verilən məlumata görə, qətlin səbəbləri, hələ ki, tam məlum deyil. Hadisə E.İsmayılovun İstanbuldakı ofisində baş verib.

Verilən məlumata görə, başından iki, ürəyindən isə bir güllə yarası alan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən şəxsin saxlandığı iddia olunur.

Partiyadan bildirildiyinə görə, E.İsmayılovun nəşi Azərbaycana gətiriləcək.

Xatırlama

Etimad İsmayılov 1969-cu il iyunun 22-də Bakıda doğulub.

Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun müddət Azərbaycanda vəkil işləyib.

Rusiyada biznes fəaliyyəti ilə də məşğul olan E.İsmayılov 2008-ci ilin martında Bakıdan Moskvaya qayıdarkən aeroportda saxlanmışdı. Çirkli pulların yuyulmasında ittiham olunan E.İsmayılov Rusiyada 8 il həbs cəzası alıb. 2011-ci ildə bir daha Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxıb.

E.İsmayılov özünü ittiham üzrə günahsız sayırdı.

O, telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. Türkiyədə bizneslə məşğul olduğu bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG