Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Etibar Pirverdiyev işdən çıxarıldı


E.Pirverdiyev
E.Pirverdiyev

Etibar Pirverdiyev «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti vəzifəsindən azad edilib.

Bu gün, sentyabrın 4-də prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

Prezidentin başqa bir sərəncamı ilə Balababa Rzayev «Azərenerji» ASC-nin prezidenti təyin edilib. B.Rzayev buna qədər «Azərişıq» ASC-nin sədri vəzifəsində çalışıb.

Hüseyn Arabul Azərbaycanda elektrik qəzasını şərh edir
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

Etibar Pirverdiyevin işdən çıxarılmasının səbəbi...

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzanın əsas səbəblərindən biri kimi «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qəzaya lazımi səviyyədə hazır olmaması göstərilir.

AZƏRTAC-ın məlumatına görə, bu haqda qəza ilə əlaqədar yaradılmış dövlət komissiyasının rəyində yazılır.

Rəyə görə, «Azərenerji» ASC fəaliyyətindəki texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməyib. Habelə bildirilir ki, bu qurum ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra başqa nöqsanlara yol verib.

Yekun rəyin hazırlanmasında yerli və xarici ekspertlərin, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi vurğulanır.

Rəsmi saytda yer alan məlumata görə, Azərbaycan prezidenti dövlət komissiyasının yekun rəyi ilə tanış olub və «Azərenerji» ASC-nin prezidenti E.Pirverdiyevi işdə yol verdiyi nöqsanlarla bağlı tutduğu vəzifədən azad edib.

İ.Əliyev və E.Pirverdiyev Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında. 2017
İ.Əliyev və E.Pirverdiyev Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında. 2017

Mingəçevirdə nə baş vermişdi

Bu il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) qəza baş vermişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı, Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdı.

Qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün dövlət komissiyasının yaradıldığı bildirilirdi. Dövlət başçısı Komissiyaya tapşırmışdı ki, hadisənin başvermə səbəblərini araşdırıb, obyektiv rəy hazırlasın.

İyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə də keçirilmişdi. Həmin müşavirədə prezident «Azərenerji» ASC-nin prezidenti E.Pirverdiyevi tənqid etmişdi.

«...Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək, böyük səhvdir... Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə neft şirkətinin indi burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib», - prezident həmin müşavirədə E.Pirverdiyevə xitabən demişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG