Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 07:06

Ekspert: 'Uğursuzluğu uşaqlarda axtarmaq düzgün deyil'


Etibar Əliyev, təhsil üzrə ekspert

“Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) dərsləri ciddi təhlil olunmalıdır”

Bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, Olimpiadada Azərbaycan təmsilçilərinin yüksək yer tutmamasını belə dəyərləndirib: “Səbəb ondan ibarətdir ki, bu işlə məşğul olan şəxslər şagirdlərimizin Olimpiadaya hazırlığını təşkil edə bilməyiblər. Bu işin başında duran şəxslər indi də gözə kül üfürməklə məşğuldur. Onlar məgər bilmirdi ki, belə bir Olimpiadanın Bakıda keçirilməsinin qərarı 4 il bundan qabaq verilib?”

Ekspert daha sonra yüksək nəticə göstərən şagirdlərdən danışıb:

“ Ukraynadan gümüş medal qazanan Sofiya Melnik 10 - cu sinif şagirdidir. Rusiyadan qızıl medal alan Eqor Lifan 9 - cu sinif şagirdidir. Gürcüstanla Rusiyadan qızıl medala layiq görülənlər Nikoloz Birkadze və İldar Qainullin bizim Abutalıb Namazovla eyni vaxtda yarışa başlayıblar və N.Birkadze Yaponiyada da qızıl medal almışdı? Belə misalların sayını artırmaq olar. Yenə də təkrar edirəm, uğursuzluğu qətiyyən uşaqlarda axtarmaq düzgün deyil.”

Etibar Əliyevin fikrincə, təşkilati işlərdə yarıtmazlıqlara yol verilib: “Bizim uşaqlar istedadlarına görə, medal qazananlardan qətiyyən geridə qalmırlar”

Ekspertin bu fikirlərinə, hələlik, Təhsil Nazirliyinin rəhbərliyindən və ya başqa uygun rəsmi şəxslərdən münasibət almaq mümkün olmayıb.Amma rəsmilər bir qayda olaraq ölkədə təhsilin yüksək səviyyədə olduğunu bildirirlər.

Xatırlatma

Avqustun 5-dən 10-na kimi Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI 2019) keçirilib

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında yerli komanda da daxil olmaqla, bir çox ölkələrdən gələn 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.

Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb. Ən yüksək nəticəni ABŞ təmsiçisi Benjaçin Qİ göstərib. Yüksək nəticə göstərənlər arasında Azərbaycan təmsilçiləri olmayıb. Növbəti yarışın Sinqapurda keçiriləcəyi elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG