Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:51

Ət bahalaşıb

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'

Son günlər Azərbaycanda ət bahalaşıb. Bu barədə Azadlıq Radiosuna həm Azərbaycanın bir sıra rayonlarından, həm də paytaxt Bakıda sakinlər bildiriblər.

Rayonlardan verilən məlumata görə, yaxın günlərə qədər 10-11 manata satılan bir kiloqram dana əti 12 manata yüksəlib. Vurğulandığına görə, bir müddət öncə 13-14 manata satılan quzu ətinin də kiloqramı 15 manata təklif edilir.

Eyni halla paytaxt Bakının müxtəlif rayonlarının sakinləri də üzləşiblər. Onların demələrinə görə, artıq sümüklü mal ətinin bir kiloqramı 12 manata yüksəlib. Paytaxt sakinlərinin qeyd etməsinə görə, sümüksüz ət daha bahadır.

Ətin bahalaşmasına, hələlik, Kənd Təsərrüfatı Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

This item is part of
XS
SM
MD
LG