Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Ət bahalaşa bilərmi?


arxiv foto

Son illər Azərbaycanda ət idxalı artır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 10 ayında ölkəyə 41 786.38 ton ət idxal edilib. Buna 64 172.42 min ABŞ dolları verilib. Halbuki, ötən ilin 10 ayında ölkəyə 38 829.91 ton ət gətirilmişdi. Ona isə 57 220.68 min dollar xərclənmişdi.

Kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, üstəlik, Azərbaycanın da ət tədarükçüsü olduğu bildirilən Gürcüstan ölkədən mal-qaranın ixracına məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutur. Bəs görəsən bütün bu proseslər ətin yenidən bahalaşmasına səbəb ola bilərmi?

İribuynuzlu heyvanlar daha çox Gürcüstandan idxal edilir

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə də “Turan” agentliyinə deyib ki, Azərbaycana diri çəkili ət ən çox Gürcüstandan daxil olur.

İmişli rayonu, Muradxanlı kəndi, 2019
İmişli rayonu, Muradxanlı kəndi, 2019

Onun sözlərinə görə, Azərbaycana bu il ətlik olaraq 114 min ədəd iribuynuzlu heyvan gətirlib ki, bunun da 60-70 faizi Gürcüstanın payına düşür:

“Azərbaycan daha çox Ukraynadan ət alır, daha çox heyvanı isə Gürcüstandan idxal edir. Azərbaycan 135 min ton ət istehsal edir, bundan əlavə də 23 min tonu idxaldır. İdxalın da 8 min ton kəsilmiş ət olaraq Ukraynadan gəlir, 15 min tonu isə diri çəkidə Gürcüstandan daxil olur”.

“Bu, ətin qiymətinin bahalaşmasına təsir göstərmək gücündə deyil”

Amma F.Fikrətzadə Gürcüstanda gözlənilən məhdudiyyətlərin tətbiq ediləcəyi halda belə bunun Azərbaycan bazarında əti qiymətinin bahalaşmasına təsir göstərəcəyinə şübhə ilə yanaşır:

“... Güman etmirəm ki, bu bazara təsir etmək gücündədir. Bu idxal həcmi Azərbaycanda ətin qiymətinin bahalaşmasına təsir göstərmək gücündə deyil. Ona görə ki, idxalın xüsusi çəkisi böyük olmadığından bazara təsir edə bilməz”.

Mərkəz rəhbərinin fikrincə, Gürcüstan tərəfi məhdudiyyət tətbiq etdiyi halda avtomatik olaraq idxalın coğrafiyası da dəyişə bilər.

“Əgər, ətin qiymətində hansısa dəyişikliklər baş versə belə, bu Gürcüstandan ət idxalının azalmasından qaynaqlanmayacaq”-deyə F.Fikrətzadə bildirib.

“ Bu ətin qiymətinə təsir edəcək”

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə Azadlıq Radiosuna deyib ki, bu addım gerçəkləşərsə Azərbaycanda ətin qiymətinə təsir edəcək.

V.Məhərrəmli əlavə edib ki, Azərbaycan üçün müəyyən mərhələdə diri heyvan idxalı azala bilər.

“İndiyə kimi Azərbaycan fermerlərəri az çəkili heyvan idxal edərək daxildə onları kökəldir, sonra isə bazara çıxarırdılar. İndi isə bu kökəltmə ilə məşğuil olan insanlar üçün problem yaradacaq. Söhbət 100 min başdan yuxarı heyvandan gedir. Bu qədər heyvan ölkəyə gətirilirdi, Gəncədə, Bakıda, digər rayonlarda bəslənilirdi, kökəldilib bazara çıxarılırdı. İndi həmin kontingent üçün ciddi problem yaranacaq. Daxildə heyvan sayı çox olsa da Azərbaycanda ət istehsalı üçün yetərli deyil. Xaricdən gətrilənlər cins heyvanlar idi, qısa müddətə onlardan yüksək çəki almaq olardı. Bu da bizim heyvandarlıqla məşğul olan sahibkarların biznesini, gəlirlərini artırıırdı. İndiki vəziyyət isə müəyyən mərhələdə ət çatışmazlığına səbəb olacaq, bu da ətin qiymətinə təsir edəcək”.

Yemçilik

Ekspertə görə, indi qiymətə təsir edə biləcək daha bir amildə yemçiliklə bağlıdır:

“Belə ki, ölkədə qüvvəli yemin qiyməti iki dəfə bahalşıb. Otun, digər yem məhsullarının da qiymətində bahalaşma var. Ölkə daxilində bu işlə məşğul olan adamların məşğulluğunda problem yaranacaq...”.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG