Azərbaycanda saxlanan Ermənistanın iki vətəndaşı 1990-cı illərdə azərbaycanlı əsirlərə işgəncə vermək ittihamı ilə 20 illiyə azadlıqdan məhrum edildi. Onların Ermənistanda olan vəkili isə AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsinə şikayət edəcəklər.