Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Əsgər andiçməsinə gedənlər qəzaya düşüb, 19 nəfər yaralanıb


arxiv foto

Bu gün, avqustun 11-də səhər saatlarında Kürdəmir - Şirvan yolunda avtobus və minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

Yaralılardan 10 nəfər Şirvan şəhər xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 6 qadın, 2 kişi, bir azyaşlı oğlan gətirilib. Şirvan şəhər xəstəxanasına isə 4 kişi, 6 qadın çatdırıldığı bildirilir. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur.

Verilən məlumata görə, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər andiçməsinə gedirmişlər.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır.

Xatırlatma

Bu ilin ilk yarısında (yanvar-iyun aylarında) Azərbaycanda yol qəzaları artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumata görə, 6 ay ərzində ölkənin avtomobil yollarında 822 qəza baş verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə çoxdur. DSK bir il əvvəl eyni dövrdə 806 qəzanın baş verdiyini açıqlamışdı. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da artaraq 1087 nəfərə çatıb.Zərərçəkənlərdən 342-si həlak olub, 745-i isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG