Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 04:36

Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq etdi


Silahlı dəstə Yerevanda polis maşınını yandırıb
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Silahlı dəstə Yerevanda polis maşınını yandırıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) iyulun 26-da yaydığı bəyanatda deyilir:

«Dəfələrlə yeni cinayət törətməməyə çağırılsa da, polisin post-patrul xidməti alayının ərazisini ələ keçirmiş silahlı qrup hüquq-mühafizə orqanlarının həyat və sağlamlığına qəsd etməkdə və əmlakını dağıtmaqdadır. Belə hərəkətlər zənciri iyulun 26-na keçən gecə atışmaya gətirib çıxarıb və bunun nəticəsində zərər çəkənlər olub».

MTX bəyan edir ki, silahlı qrup üzvlərinin davranışı get-gedə daha təhlükəli hal alır. «Yeni cinayətlərin qarşısını almaq üçün MTX indən belə konkret vəziyyətin diktə etdiyi şəkildə daha sərt tədbirlər görməyə məcbur olacaq».

Buna da bax - Yerevanda nə baş verir?

«CAVAB TƏDBİRLƏRİ İLƏ NEYTRALLAŞDIRILACAQ»

Qurum «silahlı qrup üzvlərinin niyyət və planlaşdırılan cinayətkar hərəkətləri barədə» məlumatlı olduğunu bildirib və xəbərdarlıq da edib: «İnsanların həyat və sağlamlığına bütün təhlükələr dərhal qanuni cavab tədbirləri ilə neytrallaşdırılacaq».

Bəyanata «qanuni yolla əldə edilmiş» səsyazısı da əlavə olunub. MTX silahlı qrup üzvləri hərəkətlərinin hücum və təxribat xarakterli olmasını səsyazısının təsdiqlədiyini deyib. Ehtimala görə, bu audioyazıda silahlı qrup üzvlərinin ötən gecə (iyulun 26-na keçən gecə – red.) baş vermiş insident barədə söhbəti əksini tapıb. Həmin toqquşma zamanı silahlı qrupun iki üzvü həyatını itirib.

XS
SM
MD
LG