AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “parlament qüvvələri Hayeli (Ayna) mətbuat klubuna hücumu pisləyiblər”.
Ermənistan Milli Məclisinin deputatları bidliriblər ki, kütləvi-informasiya vasitələri üzərinə hücumlara heç cür haqq qazandırıla bilməz.
Parlamentdə ən böyük müxalif qrup – “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Iveta Tonoyan parlament brifinqində deyib ki, hüquq-mühafizə orqanları baş vermiş insidentə ən qısa müddətdə reaksiya göstərməli, gunahklarlar cəzalandırılmalıdır.
Bu da xəbər verilir ki, Hayeli klubuna hücumla bağlı polis jurnalistlərin peşəkar fəaliyyətinə maneçilik törədilməsinə dair maddə üzrə cinayət işi qaldırıb.
İstintaqa hazırlıq mərhələsində artıq 4 nəfərin könüllü şəkildə polisə gəldiyi və izahat verdiyi bildirlir.
Bundan əvvəl Hayeli klubu mətbuat qurumunun qapısına dörd nəfərin – Davit Ovannisyanın, Sargis Manukyanın, Artak Markaryanın və Ayk Stepanyanın yumurta atdıqlarını və divara plakatlar yapışdırdqları haqda məlumat yaymışdı.
Bunlardan biri – Ovannisyan demişdi ki, Hayeli klubunun fəaliyyəti qanunsuzdur.
Ermənistanda mətbuat klubuna yumurta atılıb
Ermənistanda "Hayeli" mətbuat klubuna hücum olub. AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, hücum edən dörd nəfər mətbuat klubunun qapısına yumurta vurublar və kluba məxsus plakatları cırıblar. Məlumatda hadisənin hansı səbəbdəb baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur. Sadəcə xəbərdə verilən fotoda görünür ki, "Hayeli" mətbuat klubunun divarına və qapısına üzərində Azərbaycan prezidenti İlham Əliyevin fotoları olan kiçik plakatlar yapışdırılıb. Bu görüntülər "Hayeli" mətbuat klubunun internet səhifəsində də yer alıb.
Bəzi Ermənistan xəbər portallarının yazdığına görə, gənclər mətbuat klubunun internet səhifəsində yer alan “Əliyevin Paşinyana gecikmiş, lakin sərt reaksiyası” başlıqlı məqaləyə etiraz ediblər.
Mətbuat klubuna olan hücumla bağlı baş prokurorun köməkçisi Qor Abramyan münasibət bildirib. O özünün facebook səhifəsində baş verənlərlə bağlı cinayət-prossesual qaydada araşdırma aparılması üçün tapşırıqlar verildiyini deyib.