Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Ermənistanın xarici borcu 6 milyarda yaxınlaşır, amma narahat deyil


Ermənistan parlamenti, 17Noy2016
Ermənistan parlamenti, 17Noy2016

Ermənistan hökuməti bu gün üç yeni kredit müqaviləsini parlamentin müzakirəsinə çıxarıb.

Hökumət bu müqavilələrlə Ermənistanın xarici borcu daha 180 milyon dollar artırmaq niyyətindədir.

Ölkənin maliyyə nazirinin müavini Armen Hairapetian bildirib ki, bu kreditlərin təsdiqindən sonra xarici borcun 6 milyard dollara yaxınlaşacağına baxmayaraq, Ermənistanın borcu o qədər də böyük deyil.

Buna da bax:​ Ermənistanın ÜDM-dən 40 dəfə çox xarici borcu

Müxalifətdən olan deputatlar belə qənaətə gəliblər ki, hökumətin sadəcə pulu yoxdur və müxtəlif proqramlar üçün götürülən kreditlər əslində əməkhaqları və pensiyaların ödənilməsi üçün nəzərdə tutulub.

Nazir müavini etiraf edib ki, bu pullar büdcə kəsrini doldurmaq üçün lazımdır.

"Çiçəklənən Ermənistan" parlament fraksiyasının rəhbəri Naira Zohrabian hökumətin iqtisadi siyasətini dəyişməməsinin səbəbləri barədə məsələ qaldırıb. «Yaxşı, biz həmin o risk xəttini keçəndə və ölkənin ödəniş qabiliyyəti olmayanda siz nə edəcəksiniz? Bu problemi necə həll edəcəksiniz? Çünki, yaxın illər ərzində Ermənistanda iqtisadiyyatımızı həqiqətən tarazlaşdıra biləcək ciddi investisiyaların mümkünlüyünə heç bir gözlə görünən ümid yoxdur», deyə o bildirib.

Buna da bax:​ Ermənistanda işığın da qiyməti ucuzlaşdı

Nazir müavini buna cavab olaraq deyib ki, dövlət borcunun səviyyəsi sürətlə artıb. «Bu artım məqsədli olmayıb. İnanın, hökumətin üzvü və vətəndaş olaraq bizim hər birimiz bu borcun artmasından narahatıq», deyə o bildirib.

"Erməni Milli Konqresi" (EMK) fraksiyasının rəhbəri Levon Zurabian bildirib ki, onların hesablamalarına görə bu il demək olar ki, iqtisadi artım yoxdur. Bu şəraitdə isə kredit sənədi təqdim edən hökumətin gələcəklə bağlı strategiyası da yoxdur və o, ani problemləri həll etməklə məşğuldur. «Bu nə deməkdir? Biz hara getdiyimizi bilirik? Bu hökumətin nə edəcəyi barədə təsəvvürü var?» - deyə Zurabian sual edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG