Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

Ermənistan: Hakim partiya baş nazirliyə namizəd verməyəcək


Nikol Paşinyan aprelin 28-də İcevan şəhərində izdihamlı mitinq toplayıb
Nikol Paşinyan aprelin 28-də İcevan şəhərində izdihamlı mitinq toplayıb

Ermənistanın hakim Respublikaçı Partiyası (HHK) aprelin 28-də bəyan edib ki, ölkədə yaranmış siyasi böhranın daha da gərginləşdirilməməsi naminə öz namizədini baş nazir postuna nominasiya etməyəcək.

Ermənistan parlamenti istefaya getmiş Serj Sarkisyanı əvəz edəcək namizədə səs vermək üçün mayın 1-də toplaşacaq.

Hazırda baş nazir olmaq niyyətini açıq elan etmiş yeganə şəxs etiraz hərəkatının lideri Nikol Paşinyandır.

Bu arada ABŞ Dövlət Departamenti aprelin 28-də Ermənsitanda yaranmış vəzyyətlə bağlı bəyanat verib. Bəyənatda deyilir ki, Vaşinqton hadisələri diqqətlə izləyir.

Departamentin bəyantında deyilir: “Biz Ermənistanın dostu kimi bütün partiyaları konstitusiyaya uyğun şəkildə yeni hpökumətin təşkili naminə xoş məramlı danışıqlara qoşulmağa çağırırıq…”

ABŞ Dövlət Departamentinin bəyanatında bu da qeyd olunur ki, Vaşinqton prezident Armen Sarkisyanın tərəflər arasında danışıqlara vasitəçilik etmək səylərini dəstəkləyir.

Bəyanatda xatırladılır ki, ABŞ həm təhlükəsizlik qüvvələrinin, həm də dinc etiraz hüququndan istifadə edənlərin zorakılığa əl atmayacaqlarına inanır.

Ermənilər yallı gedir. Paşinyanı doğma İcevanda belə qarşıladılar
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Hakim partiya öz namizədini verməsə də, bütün namizədləri nəzərdən keçirəcəyini və sonda blok kimi səs verəcəyini bildirib.

Partiya rəsmən namizəd irəli sürməsə də, onun üzvləri fərdi qaydada özlərini nominasiya edə bilərlər.

Lakin aprelin 28-də Ermənistanın üçüncü böyük şəhəri Vanadzorda keçirilən mitinqdə Paşinyan bir daha təkrar edib ki, Karapetyanın baş nazir vəzifəsində qalması qeyri məqbuldur:

"Vətəndaşlar, xalq Karapetyana başa salmalıdır ki, o daha baş nazir ola bilməz, çünki respublikaçının baş nazir ola biləcəyi ölkə artıq mövcud deyil. Bu başqa bir Ermənistandır”.

HHK 105 yerlik parlamentdə 58 mandata malikdir və onun dəstəyi olmadan Paşinyanın baş nazir seçilməsi mümkün olmaya bilər.

Lakin parlamentin ikinci böyük partiyası – Firavan Ermənistan işarə edib ki, Paşinyanı dəstəkləyə bilər. Partiyanın lideri Qagik Tsarukyan Kentron TV kanalına deyib:

"Mənim komandam və mən xalqın namizədinə səs verəcəyik, istər Paşinyan olsun, istərsə də xalq tərəfindən irəli sürülmüş başqa birisi”.

Putin administrasiyasının rəhbəri Anton Vaynonun Yerevana gizli səfər etdiyi xəbər verilib
Putin administrasiyasının rəhbəri Anton Vaynonun Yerevana gizli səfər etdiyi xəbər verilib

Bu arada Britaniyanın İndependent qəzeti yazır ki, Moskvanın hələ də köhnə rejimi dəstəklədiyi hiss olunur, amma buna baxmayaraq Kreml hələlik təmkinini pozmur.

Digər tərəfdən Moskvanın emissarları Ermənistana aramsız məxfi səfərlər edirlər.

Bəzi məlumatlara görə bunların arasında Putin administrasiyasının başçısı, milliyyətcə eston Anton Vayno da olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG