Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:10

Bakıda mühakimə olunan Ermənistan vətəndaşları haqqında hökm verildi


Onlar CM-in 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228-ci (qanunsuz silah-sursat saxlama) maddələri ilə cəzalandırılıb

Onlar CM-in 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228-ci (qanunsuz silah-sursat saxlama) maddələri ilə cəzalandırılıb.

2020-ci ilin dekabrında Hadrut meşələrində saxlanılan və Bakıda hakim önünə çıxarılan Ermənistan vətəndaşlarından daha 13 nəfərin mühakiməsi yekunlaşıb. İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələrinə dayanan ittihamlara xitam verilib. Onlar CM-in 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228-ci (qanunsuz silah-sursat saxlama) maddələri ilə cəzalandırılıb.

Hakimlərin qərarıyla təqsirləndirilən şəxslərin hər biri 6 il azadlıqdan məhrum edilib. Hökmdə o da qeyd olunub ki, Ermənistan vətəndaşları cəzaları başa çatandan sonra Azərbaycan ərazisindən çıxarılsın.

İttihamları qəbul etməyiblər

İyulun 22-də hökmdən öncə çıxış edən prokurorun mövqeyi də məhkəməninki ilə üst-üstə düşüb. Yalnız cəzanın müddəti məsələsində bir qədər fərq olub. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası istəyib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmədiklərini, günahsız olduqlarını vurğulayaraq, məhkəmədən ədalətli hökm gözlədiklərini deyiblər. Elə onların vəkilləri də müvəkilləri haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

Bir neçə dəqiqəlik müşavirədən sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti hökmü açıqlayıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Azərbaycan və Ermənistan arasındakı 10 noyabr razılaşmasından sonra Ermənistan vətəndaşları silahlanaraq, meşələrdə gizlənib və Azərbaycana qarşı terror və təxribatlar planlaşdırıblar. Dekabrın 12-də Azərbaycan silahlı qüvvələri onları saxlayıb.

Təqsirləndirilən şəxslər bu iddialarla razılaşmır və bildirirlər ki, rəsmi qaydada silahlı qüvvələrdə xidmətə çağrılıblar. Silahların da hərbi hissədə verildiyini deyən Ermənistan vətəndaşları terrorçuluq, qanunsuz silah saxlama və s. ittihamlar üzrə özlərini təqsirli bilmirlər.

42 gün Hadrutda gizlənəndən sonra Azərbaycan ordusuna əsir düşən Araik
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Xatırlatma

Hadrut meşələrində saxlanılanların bir qisminin məhkəməsi iyunda yekunlaşıb. Onlara 6 ay həbs cəzası verilib. Müddət dekabrdan hesablanaraq, təqsirləndirilən şəxslərin cəzası başa çatmış sayılıb və onlar ölkələrinə göndərilib. Elə həmin gün Ermənistan Ağdamdakı minaların xəritəsini Azərbaycana təqdim edib.

Ermənistan tərəfi Azərbaycanda mühakimə olunan vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsman Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı formada mühakiməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan qurtarıb. Rəsmi Bakı 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanılan erməni hərbçilərin əsir yox, terrorçu-diversant olduğunu iddia edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG