Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:06

Elmar Məmmədyarov: ‘Ermənistan vaxt istəyib’


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib. Söhbət Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşündən gedir.

“Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi danışıqlar prosesi ilə tanış olmaq üçün vaxt istəyib”, - deyə o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Dağlıq Qarabağ, 7 rayon və bir neçə kənd işğal olunub. Münaqişənin nizamlanması ATƏT-in Minsk Qrupuna həvalə olunub.

Nazirlər həmsədrlərin iştirakı ilə sonuncu dəfə iyulun 12-də görüşüblər.

XS
SM
MD
LG