Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:58

Ermənistan üç aylıq hərbi təlim toplanışına başlayır


Hakim partiyanın rəsmiləri bildirirlər ki, toplanışlar müharibə təhlükəsi ilə bağlı deyil

Ermənistanda hakim partiyanın rəsmiləri bildirirlər ki, birincisi avqustun 25-də başlanıb noyabrın 25-dək davam edəcək hərbi təlim-tədris toplanışları müharibə təhlükəsi ilə bağlı deyil.

Bunu Vətəndaş müqaviləsi partiyasından deputat Qraçya Akopyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna deyib:

“Biz 44 günlük müharibə zamanı gördük ki, döyüş vərdişləri olmayan səfərbərlik resursları ilə bağlı böyük problemimiz var. İndi bu tədbirlər ona görə keçirilir ki, əgər Allah eləməmiş yenidən müharibə situasiyasına düşsək, səfərbərlik resursumuz silah tutmağa və hərbi vəziyyətlərə hazır olsun”.

Deputatın sözlərinə görə, keçmişdə belə tədbirlər keçirilmiş olsaydı, müharibənin nəticəsi başqa cür olardı.

Toplanışların fasiləsiz keçirilməsi nəzərdə tutulur

Azatutuyun yazır ki, Ermənistan hökumətinin ötən həftə qəbul etdiyi qərara görə hər rüb keçiriləcək toplanışlara ehtiyatda olan 2169 vətəndaş cəlb ediləcək. Bunlardan 1164-ü sıravi əsgər, 254-ü gizir və 751-i zabitlərdir.

Bu da qeyd olunur ki, söhbət motoatıcı, raket-artilleriya, kommunikasiya, kəşfiyyat və mühəndis ixtisası olan rezervistlərdən gedir.

Azatutyunun yazdığına görə bu hərbçilərdən lazım gələrsə döyüş keşiyinin çəkilməsində istifadə olunacaq.

Ermənistan çağırış və səfərbərlik xidmətinin rəisi Armen Aftandilyan deyib ki, ehtiyatda olanların hamısının belə toplanışlarda iştirak etməsi məcburidir.

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, vətəndaşlar hərbi toplanışda olduqları bütün müddət ərzində hərbçilər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edə biləcəklər.

Nazirlik bəyan edib ki, bununla yanaşı toplanışçılara hərbi rütbəsinə uyğun olaraq maaş veriləcək, habelə onların toplanışdan əvvəlki iş yerləri saxlanacaq.

Paşinyan peşəkar ordu yaratmağa qərar verdi
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Toplanışdan yayınanlara 3 il həbs cəzası

Azatutyun bildirir ki, öz biznesi olanların da toplanışlara çağırılıb-çağırılmayacağı barədə sualına cavab ala bilməyib. Onların toplanışlardan azad ediləcəyi istisna olunmaya bilər.

Hərbi ekspert Karen Ovannisyan belə toplanışların keçirilməsini zəruri saydığını deyib. O ümid etdiyini bildirib ki, o, toplanışların əvvəlki illərdə olduğu kimi formal xarakter daşımayacağına ümid edir:

“Əgər ehtiyatda olanlarımızın hazırlığı olsayd,ı biz ən azı ötən müharibə zamanı verdiyimiz qədər itki verməzdik. Çünki bizim rezervistləimiz şimal, cənub, qərb, şərqi təyin edə bilmirdilər. Bu qədər hazırlıqsız idilər”.

Azatutyun yazır ki, toplanışdan yayınanlar cinayət məsuliyyətinə cəlb oluna və üç il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

XS
SM
MD
LG