Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Ermənistan Türkiyə ilə imzaladığı protokolları ləğv edir


Ermənistan prezidenti Serj Sarkisyan
Ermənistan prezidenti Serj Sarkisyan

Ermənistan prezidentinin administrasiyasından verilən məlumata görə Yerevan iki qonşu ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ankara ilə 2009-cu ildə imzaladığı iki protokolu ləğv edib.

Prezidentin sözçüsü Vladimir Hakobyan martın 1-də deyib ki, Serj Sarkisyan normallaşmaya dair sazişietibarsız elan edib və bu qərarın təfərrüatları barədə məlumat yaxın gələcəkdə veriləcək.

Regional medianın yazdığına görə Sarkisyan münasibətlərin normallaşdırılması üçün “yeni şəraitə uyğun” yeni dasnışıqlara açıq olduğunu bildirib.

2009-cu ilin oktyabrında İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyə xaric işlər nazirlərinin imzaladığı iki protokol iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və ortaq sərhədin Türkiyə tərəfindən açılmasına imkan verməli idi.

Buna baxmayaraq sənəd nə Yerevan, nə də Ankarada yaxşı qarşılanmamışdı. İki ölkənin parlamentləri sənədləri ratifikasiya etmirdi və bu protokolların ləğvi mümkünlüyü çoxdan bəri müzakirə olunurdu.

2015-cin ilin fevralındfa Sarkiyan demişdi ki, o parlamentin spikeri Qalust Sahakyandan Sürix protokolları kimi tanınan sənədlərin ona qaytarılmasını rica edib, beləki “Türkiyə hökumətinin protokolları imzalamaq üçün siyasi iradəsi yoxdur, Ankara protokolların ruhunu və mətnini təhrif edir və özünün önşərtlər qoymaq siyasətini davam etdirir”.

2017-ci ilin sentyabrında Sarkisyan BMT Baş Assambleyasındakı çxışında bəyan etmişdi ki, Ankara 2018-ci ilin yazınadək sənədlərin icrası istiqamətində hərəkət etməzsə, Ermənistan bu “lüzumsuz” protokolları “qüvvəsiz və etibarsız” elan edəcək.

Sarkisyan demişdi: "Türkiyə rəhbərliyi bu sənədlərin əbədi olaraq girov saxlana biləcəyini və onları münasib vaxtda və özləri üçün əlverişli məqamda ratifikasiya edəcəyini düşünməklə səhvə yol verir”.

Fevralın 21-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Parlamentinə bildirmişdi ki, Yerevan protokolların ləğv edilməsinə çox yaxındır. O demişdi ki, “Ermənisrtan tərəfi bu sazişin qüvvəyə minməsi üçün əlindən gələni əsirgəməsə də, Türkiyə tərəfi barışıq üçün tarixi imkanı əldən verib”.

Türkiyə hələki Yerevanın bu bəyanatı ilə bağlı heç bie reaksiya verməyib.

Türkiyə və Ermənistan arasında münasibətlər 1915-ci ildə Osmanlı imperiyasındakı ermənilərin qətlləri ilə bağlı məsələyə müxtəlif münasibətə görə həmişə gərgin olub.

Birinci Dünya Müharibəsi illərində 1, 5 milyon erməninin qətl və deportasiyası bir sıra ölkələr və tarixçilər tərəfindən soyqırım olaraq tanınır. Türkiyə isə bəyan edir ki, əvvəla bu sayda erməni həlak olmayıb, ikincisi isə bu, Osmanlı hökumətinin xristian əhalini yox etmək siyasəti olmayıb.

Ermənistan habelə Türkiyənin ən yaxın müttəfiqi Azərbaycanla separatçı Qarabağ bölgəsinə görə münaqişədədir.

Əhalisinin çoxluğu ermənilər olan Dağlıq Qarabağ Azərbaycandan müstəqillyini 1988-1994-cü il müharibəsi zamanı elan edib. Bu münaqişədə indiyədək hər iki tərəfdən 30 min nəfərin həlak olduğu təxmin edilir.

ATƏT-in Minsk Qrupu çərçivəsində Yerevan və Bakı arasında aparılan danlışqılar indiyədək heç bir nəticə verməyib.

Vasitəçi Minsk Qrupuna Fransa, Rusiya və ABŞ daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG