Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 22:34

Sünikdəki yolun açılması üçün 'Ermənistan heç bir güzəştə getməyib'


Gorus-Qafan yolu
Gorus-Qafan yolu

Ağacanyan deyib ki, yol rusiyalı sərhədçilərin vasitəçiliyi ilə açılıb və buna görə rusiyalı tərəfdaşlara minnətdardırlar


Ermənistanın Sünik vilayətində Gorus-Qafan yolunun iki hissəsinin açılması üçün Ermənistan “heç bir güzəştə getməyib, heç bir kompromis olmayıb”. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun) hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan məlumat verib.

Ağacanyan deyib ki, yol rusiyalı sərhədçilərin vasitəçiliyi ilə açılıb və buna görə rusiyalı tərəfdaşlara minnətdardırlar.

Avqustun 25-də Azərbaycanlı sərhədçilər Gorus-Qafan beynəlxalq magistralının Gorus-Vorotan (Bərgüşad) və Şurnux-Karmrakar hissələrini bağlamışdılar. Bu, azərbaycanlı sərhədçiyə iki erməni hərbçinin hücum edərək bıçaqlaması haqda Azərbaycanın rəsmi məlumatından sonra baş vermişdi. Ermənistan isə bıçaqlama insidentini “yalan və dezinformasiya” adlandırıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) avqustun 27-də sözügedən sektorların açıldığını bəyan edib.

İrandan Ermənistana yük daşıyan maşınlar yolda qalıblar
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Paşinyanın sözlərinin şərhi

Baş nazir Nikol Paşinyan hökumətin iclasında Gorus-Qafan yolunun bağlanmasından danışarkən Azərbaycana məxsus Eyvazlı və Çayzami toponimlərindən istifadə edib və deyib ki, azərbaycanlı hərbçilər Ermənistan ərazisinə girməyiblər. Ağacanyanın sözlərinə görə, bu heç də Ermənistan tərəfinin sərhədlərin delimitasiyası və demarkasiyasına qədər Azərbaycan ərazilərini tanıması anlamına gəlmir.

“Demək istəyirdim ki, əgər söhbət Vorotan-Şurnuxdan getsəydi, belə bir təəssürat formalaşardı ki, Azərbaycan Silahlı Qüvvələri sərhəddən qərbdə yerləşən, Ermənistanın Vorotan yaşayış məntəqəsinə giriblər. Bu, Ermənistanın suveren ərazisidir. İzahat belədir”, – Ağacanyan vurğulayıb.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə həll olunmamış qalır.

XS
SM
MD
LG