Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

'Stratfor' Ermənistanla bağlı fikir ayrılığına toxundu


Stratfor. loqo
Stratfor. loqo

ABŞ-ın «Stratfor» təhlil mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT-yə) dair analitik yazı dərc edib.

Məqalədə vurğulanır ki, Belarus və Qazaxıstan Ermənistan nümayəndəsini bu qurumun baş katibi vəzifəsində görməyə hazır deyillər:

«2016-cı ildə Qərbin üzləşdiyi iqtisadi və siyasi böhran Rusiyaya yeni perspektivlər açdı. Moskva postsovet məkanında öz nüfuzunu artırdı. Son bir neçə ayda Rusiya Belarus, Ermənistan, Qazaxıstan və Tacikistanla yeni hərbi-siyasi müqavilələr imzalayıb. Ancaq Rusiyanın uğuru KTMT-nin uğuru demək deyil. Bu qurum, ilkin olaraq, NATO-ya qarşı əks qüvvə kimi yaradılıb».

Buna da bax:​ Ermənistan prezidenti: 'Bircə məqsədimiz var...'

«Bu addımla Yerevana dəstəyini təsdiqləyib»

«Stratfor»un təhlilçisi Rusiyanın Ermənistana KTMT baş katibinin məhz bu ölkədən olacağını söz verdiyini güman edərək yazır: «Moskva aprel müharibəsində neytral mövqe tutduğu üçün bu addımla Yerevana dəstəyini təsdiqləyib». Müəllif düşünür ki, Qazaxıstanla Belarus Azərbaycanla sıx əlaqələrə malikdir və bu dövlətlərin heç biri Ermənistan nümayəndəsini KTMT-nin baş katibi postunda görməyə hazır deyil:

«Üzümüzə gələn aylar təşkilat üçün asan olmayacaq. Həm baş kativ vəzifəsi, həm də Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları yenə qalacaq. Əlbəttə, Moskva bu ziddiyyətləri yumşaltmaq üçün əlindən gələni edəcək». Müəllif əlavə edir ki, Rusiya problemi çözməkdən ötrü KTMT-nin baş katibi vəzifəsinə, tutalım, yeni bir rusiyalı namizəd də təklif edə bilər.

Buna da bax: Bordyuja niyə "Dağlıq Qarabağ Respublikası" dedi?

Dekabrda - Sankt-Peterburq görüşündə Nikolai Bordyuzha-nın bu vəzifəni tərk etməsi barədə qərar qəbul olundu və baş katibin vəzifələrini onun müavini Valery Semerikov icra etməyə başladı.

«Stratfor» qeyd edir ki, bütün bu fikir ayrılıqları qurumun dağılmasına yol açmayacaq, ancaq «mütləq zəiflədəcək». Məqalə müəllifinin fikrincə, bu gün KTMT-ni NATO-ya əks qüvvə kimi yaratmış Rusiyanın öz məqsədlərinə nail olduğunu iddia etmək mümkün deyil.

“Hərbi əməliyyatlar baş verərsə...”

Rusiyalı təhlilçi Pavel Felgenhauer «Stratfor»un təhlili ilə razılaşır. Onun fikrincə, KTMT NATO deyil: «Əslində, KTMT bir dövlətin ətrafında yaradılmış ittifaqdır... Hərbi əməliyyatlar baş verərsə, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın oraya [Qarabağ münaqişəsi zonasına] öz qoşunlarını göndərəcəklərini düşünmək çətindir».

Buna da bax:​ 2016: Ordunun uğuru danışıqlarda 'əridi'

KTMT-yə rəhbər təyin edilməsi məsələsinə gəlincə, Felgenhauer apreldə bu vəzifəni Ermənistan nümayəndəsinin tutacağı barədə suala cavab verməyə çətinlik çəkib: «Ermənistan-Azərbaycan təmas xəttində vəziyyət gərgin olaraq qalsa, Qazaxıstanın KTMT baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin olunmasına razılıq verəcəyini düşünmürəm... Bu məsələ Putin səviyyəsində həllini tapacaq və Rusiyanın belə dəyərli siyasi kapitalı israf edəcəyinə əmin deyiləm. Güman ki, Ermənistan üçün hər hansı bir kompensasiya tapacaqlar».

Rusiyalı təhlilçinin fikrincə, sözügedən vəzifəyə Ermənistan nümayəndəsinin təyin olunmasının önündəki başlıca maneə Qazaxıstan prezidentidir. Özəlliklə enerji məsələlərində Astana üçün Bakı son dərəcə önəmli tərəfdaşdır.

Buna da bax: Erməni partiya sədri: 'Azərbaycanın Ermənistana ərazi iddiası var' [video]

“Əmin deyiləm”

Belarusa gəlincə, Felgenhauer düşünür ki, prezident Lukashenko da Azərbaycan prezidenti İlham Əliyevlə münasibətlərinə böyük önəm verir: «Ancaq Moskva üçün Lukashenko-nu inandırmaq Nazarbayev-i inandırmaqdan daha asandır. Ermənistan nümayəndəsi məsələsini yalnız Moskva həll edə bilər. Ancaq Moskva bu məsələdə Nazarbayev-ə təzyiq edə bilərmi, yaxud təzyiq etmək istəyərmi? Buna əmin deyiləm. Xüsusən bunun Moskvadan ötrü prinsipial məsələ olmadığını nəzərə alsaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG