Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

Daşnakların Kocharian-ı dəstəkləməsi koalisiyada etimadsızlıq yaradıb


Erməni İnqilabi Federasiyasının bayrağı
Erməni İnqilabi Federasiyasının bayrağı

AzadlıqRadiosunun Erməni xidmətinin Azatutyun saytı yazır ki, Ermənistanda məxməri inqilabdan sonra yeni hakimiyyətlə koalisiyaya girmiş Erməni İnqilabi Federasiyası və ya Daşnaksütyun partiyasının həbs edilmiş keçmiş prezidenti Robert Kocharian-ın n azad olunmasını tələb edən petisiyanı imzalaması Pashinian hökumətinin narazılığına səbəb olub.

Lakin Daşnaksütyun fraksiyasının deputatı Ruzan Arakelyan deyib ki, o hakim koalisiyaya daxil olmaqla, partiyanın iki üzvünün – Armenui Kyuregian və Romik Manukianın petisiyanı imzalaması arasında heç bir ziddiyyət görmür.

Arakelyan deyib ki, bu “normal siyasi prosesdir” və Daşnaksütyun Partiyası hakimiyyətə daxil olsa da, siyasi proseslərdə iştirak etmək istəyir.

Onun sözlərinə görə “bu gün Ermənistanda ən böyük narahatlığa səbəb olan hadisə keçmiş prezidentin həbs olunmasıdır və daşnaklar da bu hadisəyə biganə qala bilmnəzdilər”.

Daşnaksütyun Partiyasının ötən həftə yaydığı bəyanatyda deyilir ki, Robert Kocharian-a və ovaxtkı hökumətin rəsmilərinə qarşı həbs qətimkan tədbirinin seçilməsi istintaqın qərəzli olması təsəvvürünü yaradır.

Lakin baş nazir Nikol Pashinian-ın müavini Tigran Avinian Daşnaksütyunun bu bəyanatının başa düşülmədiyini bildirib. O deyib ki, hökumət məhkəmələrin işinə qarışmır və daşnaklar bunu bilməlidirlər:

«EİFD hökumətin bir hissəsidir və icra hakimiyyəti ilə məhkəmə hakimiyyəti arasındakı münasibətləri yaxşı bilməlidir. Buna görə də mənim üçün bu bəyanatı başa düşmək bir qədər çətindir. Biz ilk gündən demişik ki, icra hakimiyyəti məhkəmə hakimiyyətinə heç bir təzyiq göstərməyəcək. Bu qeyri-məqbuldur və cəfəngiyyatdır”.

Baş nazirin müavini Tigran Avinian
Baş nazirin müavini Tigran Avinian

Son məlumatlara görə Kocharian-ın azad edilməsi barədə tələbnaməyə parlamentin 46 deputatı qoşulub. Apellyasiya şikayətinə avqustun 9-da baxılmalıdır.

Kocharian-ın azad olunması üçün petisiyanı hakimiyyət koalisiyasına daxil daha bir partiyanın - “Tsarukyan blokunun” üzvü İshkhan Zakarian da imzalayıb. O Kocharian hökumətində bir sıra yüksək vəzifələrdə olub.

Kocharian-ın həbsi barədə hələlik baş nazir Nikol Pashinian da rəy bildirməyib, lakin o keçmişdə 10 il əvvəl baş vermiş faciə üçün başlıca məsuliyyəti Robert Kocharian və Serzh Sargsyan-ın daşıdığınıdeyib.

Bu həbs barədə baş nazirin müavini Tigran Avinian da heç bir şərh verməyib. O deyib ki, bu, istintaqa təzyiq kimi başa düşülə bilər.

Avinian deyib ki, koalisya partnyorlarının Kocharian-ı müdafiə etmək cəhdləri onlara etibar edilməsi barədə düşünməyə vadar edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG