Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:58

Paşinyandan Azərbaycana ittiham. Silah təchizatına kim mane olur


Ermənistan silahları Rusiyadan necə alır?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Ermənistan silahları Rusiyadan necə alır?

“Dünən (sentyabrın 28-də) Ermənistanla sərhəddə baş verənlər Azərbaycanın aqressiv hərəkətləri və təcavüzünün davamıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

Ötən gün Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edib. Azərbaycan bir hərbçisinin yaralandığını, Ermənistan isə üç əsgərinin həlak olduğunu bildirib.

Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

“Ermənistanın mövqeyi birmənalıdır”

Paşinyan deyir ki, Ermənistanın silahlı qüvvələri sərhəddə, Ermənistan ərazisində mühəndis işləri apararkən Azərbaycan silahlı bölmələrinin hücumuna məruz qalıblar. O həmin bölmələrin Ermənistan ərazisində olduğunu bildirib.

“Ermənistanın mövqeyi birmənalıdır, ikimənalı deyil: Azərbaycanın silahlı qüvvələri Ermənistan ərazisindən çıxarılmalıdır”, – deyən baş nazir iddia edib ki, Azərbaycan belə provokasiyalarla Ermənistanın orduda islahatlar proqramını əngəlləyir.

Azərbaycan isə daha öncəki sərhəd toqquşmalarında Ermənistan ərazisinə girməsilə bağlı ittihamları rədd edib, sərhədin hələ delimitasiya olunmadığını bildirib.

Silah üçün ödəniş olunur, amma...

Silah təchizatına toxunan Paşinyanın sözlərinə görə, Azərbaycan silah və sursatın Ermənistana çatdırılmaması üçün əlindən gələni edir.

“Elə hallar olur ki, yüz milyonlarla dollarlıq ödəniş olunur, ancaq Ermənistana silah təchizatı öhdəlikləri yerinə yetirilmir. Bu sırada müttəfiq ölkələr də var. Bu, şübhəsiz ki, ağrılı reallıqdır, biz bu vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan deyib.

Onun sözlərinə görə, “bütün bunlar bir məqsədlə edilir ki, Ermənistan dövlətçiliyindən, suverenliyindən, ərazi bütövlüyündən imtina edərək güzəştə getsin”.

Ermənistan silahı əsasən Rusiyadan alır.

Azərbaycan bu ittihamları hələlik, şərh etməyib. Ancaq Prezident İlham Əliyev öncəki çıxışlarında “yoxsul” Ermənistanın “qaçaq yollarla” silahlandırıldığını bildirib.

Beynəlxalq missiya

Paşinyan ziddiyyətli məsələləri diplomatik yolla həll etməklə bağlı beynəlxalq çağırışlarla razı olduğunu deyərək bir daha sərhədə beynəlxalq müşahidə missiyası göndərilməsinin vacibliyini vurğulayıb. O, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, yaxud istənilən başqa beynəlxalq qurumdan missiyanın həll yolu ola biləcəyini deyib

Paşinyan hökumətin üç əsas iş istiqamətini açıqlayıb – Ermənistan üçün təhlükəsiz mühit yaratmaq, təhsil sisteminin inkişafı və orduda islahatlar.

Xatırlatma

Sentyabrın 12-13-də sərhəd toqquşmalarında Azərbaycan 80-ə yaxın, Ermənistan 200-dən çox hərbçisinin öldürüldüyünü bildirib. Sentyabrın 14-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunub.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq tərəflər arasında sülh sazişi imzalanmayıb.

Avqustun 31-də iki ölkə liderinin Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırığı verildiyi açıqlanıb.

XS
SM
MD
LG