Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Sarkisyan: 'Ermənistan vətəndaşları maneəsiz Avropa ölkələrinə gedə biləcək'


"Əlbəttə adi vətəndaşlar bu sazişin faydasını dərhal - sabah-birisigün hiss etməyəcəklər. Amma zaman ötdükcə bunu hiss etməyə başlayacaqlar, çünki biz Avropa Birliyinin dəstəyilə islahatları sürətlə həyata keçirməyi bacaracağıq".

Ermənistan prezidenti Serj Sarkisyan bunu Brüsseldə Avropa Birliyi ilə əməkdaşlıq sazişi bağlanandan sonra Azadlıq Radiosunun erməni xidmətinə deyib:

"Bizim velosiped ixtira etməyə nə imkanımız, nə də həvəsimiz var. Mütləq həqiqət anlayışı var. Ölkə daxilində azadlıqlardan başqa Ermənistan vətəndaşları həm də maneəsiz olaraq Brüsselə, Parisə, başqa Avropa ölkələrinə gedə biləcəklər".

Rusiyanın bu sazişə hansısa formada etiraz edib-etmədiyi haqda suala cavab verən Sarkisyan deyib ki, o, 10 ildi prezidentdir, amma indiyəcən Rusiyadan, xüsusən də Rusiya prezidenti Vladimir Putindən Ermənistanın Avropa Birliyi ilə əməkdaşlığına bircə irad da eşitməyib.

Belçika - Azadlıq Radiosunun Ermənistan xidmətinin rəhbəri Hrair Tamrazyan Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə alır.
Belçika - Azadlıq Radiosunun Ermənistan xidmətinin rəhbəri Hrair Tamrazyan Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə alır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG