Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Bu il rekord sayda Ermənistan vətəndaşı Rusiya pasportu alıb


Rusiya pasportu
Rusiya pasportu

2021-ci ilin ilk 6 ayında 22 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu, son dörd ilin müvafiq dövlrləri ilə müqayisədə rekord rəqəmdir.

Məsələn 2017-ci ilin ilk yarısında Rusiya pasportu alanların sayı 11 min 500 nəfər idi.

Məqalədə deyilir ki, Ermənistan, vətəndaşları Rusiya pasportu alan ölkələrin arasında saya görə Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yeri tutur.

Lakin ölkə əhalisinin sayına nisbətdə Rusiya vətəndaşlığı alan vətəndaşlarının faizinə görə Ermənistan bütün ölkələr arasında birincidir.

Azatuyun yazır ki, bundan əvvəl mühacirətə əsas səbəb iqtisadi problemlər idisə, indi buna müharibədən sonrakı qorxular da əlavə olunub.

Moskvada mənzillənmiş ARMROST Rusiya-Ermənistan hüquqşünaslar assosiasiyasının miqrasiya məsələləri üzrə eksperti Ruben Kirakosyan Azatuyuna deyib:

“Problem bundadır ki, bugün Ermənistanda müharibə sonrası depressiv mühit hakimdir. Bu da, əlbəttə adamların gündəlik həyatına təsir edir. Və təəssüf ki, bəziləri müvəqqəti də olsa, Rusiyaya köçmək qərarı qəbul edir. Çünki bu regionda yaxın vaxtlarda hansı üfüqlərin açılacağı naməlumdur. Bütün hallarda belə qərarlar çətin qəvbul edilir. Amma belə bir meyl var ki, köçənlər burada, Rusiyada həmişəlik qalırlar”.

Əhalinin 10 faizi köçə hazırlaşır

Azatutyun yazır ki, pandemiya məhdudiyyətlərinə baxmayaraq Rusiya Miqrasiya Xidmətində qeydiyyata düşən və Rusiya vətəndaşlığı almaq üçün hüquqi prosesə başlayan Ermənistan vətəndaşlarının sayı bu il də artıb.

Bu da xəbər verilir ki, Rusiya Miqrasiya Xidmətində qeydiyyatdan keçən Ermənistan vətəndaşlarının sayı bu ilin ilk altı ayında 300 min nəfər olub.

Ötən ilin analoji dövründə bu rəqəm 200 min nəfər idi.

Başqa sözlərlə 2021-ci ilin birinci yarısı üçün Ermənistan əhalisinin 10 faizi Rusiyada qeydiyyata düşüb.

Həm də söhbət müstəsna olaraq leqal miqrantlardan gedir. Halbuki Rusiyada qeyri-leqal statusda yaşayan və işləyənlər də çoxdur.

Azatutyun yazır ki, bu rekord miqrasiya göstəricilərinə Rusiya hakimiyyətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin də təsiri olub. Hazırda Rusiyada əcnəbilər daha tez hüquqi status ala bilirlər.

Ermənistan parlamentində insident
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Rusiya qanunvericiliyi işi asanlaşdırıb

Rusiyada yaşayan hüquqşünas Ruben Kirakosyan Azatutyuna deyib:

“Rusiya qanunvericiliyi bugün ölkədə leqallaşma qaydasını liberallaşdırıb və sadələşdirib. Çünki Rusiyanın ciddi demoqrafik problemləri var. Rusiya başqa ölkələrin, xüsusilə də Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin vətəndaşlarına vətəndaşlıq verməkdə maraqlıdır. Bu ölkələr şərti desək, eyni mədəniyyət və dil məkanında yaşayırlar, bir çoxlarında hələ sovet dövrünün genetik yaddaşı qalıb. Bu mexanizm bugün yaxşı işləyir. Rusiyada miqrasiya xidməti öz işini son dərəcə asanlaşdırıb.”

Hüquqşünas bildirib ki, 2018-ci ilin “Məxməri inqilabı”ndan sonra çoxları Ermənistana qayıtmaq barədə danışırdlar, lakin indi, xüsusilə də müharibədən sonra belə meyllər müşahidə olunmur:

“İndi statistuika belədir ki, miqrasiya yüksəlib, biz bu faktı öz işimizdə qeyd edirik. Ermənistanda bir çoxlarının sosial, əmək və başqa problemləri var. Odur ki, bura gələnlərin böyük qismi daha Ermənistana qayıtmır”.

Azatuyun yazır ki, ermənilər bir qayda olaraq Rusiya pasportu alandan sonra da Ermənistan pasportundan imtina etmirlər. Rusiya qanunverciliyi də buna yol verir.

Hüquqşünas Kirakosyan bu barədə deyir:

“Belə demək mümkündürsə, vətənpərvərlərlik motivi Ermənistan vətəndaşlarını heç vaxt tərk etmir. Onlar Ermənistanı həmişəlik tərk etməyi düşünmürlər. Mən hələ belə hal görməmişəm ki, kimsə Rusiya pasportu alanda Ermənistan vətəndaşlığından intina etsin. İkili vətəndaşlıq normadır. Rusiyada bu norma qanuni şəkildə qəbul olunub”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG