Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Ermənistanda seçici vəsiqələri ilə bağlı qaydalar sadələşdirilir


Arxiv fotosu: Erçənistanda səs verən vətəndaşın pasportuna möhür vurulur.
Arxiv fotosu: Erçənistanda səs verən vətəndaşın pasportuna möhür vurulur.

►Ermənistan parlamenti seçki məntəqələrində seçicilərin şəxsiyyətinin təsdiqi prosedurunu asanlaşdırıb. Parlamentin müxalif azlığı isə bu addımın qarşıdan gələn konstitusiya referendumunda saxtakarlığa yol açacağını deyir.

Bu vaxta qədər Ermənistanda seçicilər səs verə bilmək üçün seçki rəsmilərinə öz pasportlarını göstərməli idilər. Ermənistan parlamentinin bu yaxınlarda ilk oxunuşdan qəbul etdiyi bu qanuna görə isə pasportu olmayanların plastik şəxsiyyət vəsiqəsini göstərməsinə icazə veriləcək. Bu plastik kartlar Ermənistanda bir neçə ildir ki, tətbiq olunur.

Hökumətin hesablmalarına görə Ermənistanda 180 000-ə qədər seçicinin şəxsiyyətinin təsdiq edəcək yalnız bu cür kartları var. İqtidarda olan Respublikaçılar Partiyasından olan deputatlar hesab edirlər ki, bu qanun olmasa, həmin seçicilər səs vermək hüququndan məhrum ola b ilərlər. Elə qanun layihəsini də hakim partiyadan olan deputatlar hazırlayıb.

Müxalifət deputatları isə bu tədbirin arxasında gizli niyyətlərin olduğunu düşünürlər. Onlar deyirlər ki, hakim partiya sadəcə olaraq bir nəfərin bir dəfədən çox səs verməsinə yol açmaq niyyətindədir. Onların fikrincə, Ermənistanın mövcud şişirdilmiş seçici siyahıları belə pozuntular üçün münbit şərait yarada bilər.

Dekabrın 6-da konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək.

Bu vaxta qədər Ermənistanda bir nəfərin bir dəfədən artıq səs verməsinə qarşı əsas maneə səs vermiş seçicilərin pasportlarına möhür vurulması idi. Bu tələb plastik vəsiqələrə aid edilməyəcək. Bu referendumda nəzərədə tutulan Konstitusiya islahatına qarşı kampaniya aparan müxalifət qüvvələri deyirlər ki, hakim partiyanın seçicilərin şəxsiyyətinin təsdiqi qaydalarını asanlaşdırmaq istəməsinin əsl səbəbi budur.

Tanınmış müxalifət deputatlarından biri olan Nikol Pashinian qanun layihəsi ilə bağlı qızğın parlament müzakirəsi zamanı deyib: “Seçki sistemi referendumdan 40 gün əvvəl radikal şəkildə dəyişdirilir. O möhürlər 180 000 seçiciyə şamil olunmayacaq.”

Parlament Qanun layihəsini 81 nəfər leyhinə səs verməklə təsdiq edib. 16 deputat qanun layihəsinin əleyhinə səs verib, 14-ü isə bitərəf olub. Parlamentin hökumətyönlü çoxluğunun liderləri isə müxalifətin saxtakarlıq planlaşdırılması barədə ittihamlarını rədd ediblər...

Parlament çoxluğu müxalifətin şəxsiyyət vəsiqələri ilə səs vermənin çətinləşdirilməsi məqsədilə irəli sürdüyü bir sıra təklifi də rədd edib. Bura həmçinin səs verməyə gəlmiş seçicilərin barmaqlarına silinməz mürəkkəbin vurulması barədə təklif də daxildir. Müxalifət deputatları iddia ediblər ki, iqtidar deputatlarının bu ideyanı rədd etməsi hakimiyyətin referendumun nəticələrini saxtalaşdırmaq planının daha bir göstəricisidir.

Ermənistan konstitusiyasına düzəlişlər prezident komissiyası tərəfindən hazırlanıb. Bu düzəlişlər 2018-ci ildə Serzh Sarkisianın prezidentliyinin ikinci, sonuncu müddəti başa çatandan sonra ölkənin parlamentli respublikaya çevrilməsini nəzərdə tutur. Tənqidçilər iddia edilər ki, burada əsas məqsəd Sarkisianın fərqli keyfiyyətdə hakimiyyəti əlində saxlamasına şərait yaratmaqdır.

Düzəlişlərin qəbul edilməsi üçün referendum iştirakçılarının çoxluğu ona "hə" deməlidir. Çoxluq dedikdə Ermənistanın 2,5 milyona qədər seçicisinin azı dörddə-biri nəzərdə tutulur. Beləliklə, Sarkisian və onun siyasi müttəfiqlərinə azı 620 000 səs toplamaq lazım olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG