Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Ermənistan rəhbərlərindən heç kim separatçıların 30 illiyinə getməyib


Xankəndi müharibədən sonra
Xankəndi müharibədən sonra

Ermənistan rəhbərliyindən heç kəs separatçı “Qarabağın müstəqilliyinin 30 illiyi” münasibətilə Dağlıq Qarabağa səfər etməyib

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ermənistan rəhbərliyindən heç kəs separatçı “Qarabağın müstəqilliyinin 30 illiyi” münasibətilə Dağlıq Qarabağa səfər etməyib.

Baş nazirinin ofisindən bu sorğuya qısa cavab veriblər: “Nikol Paşinyan avqustun 31-dən üçgünlük məzuniyyətdədir”.

Yüksək texnologiyalar naziri Vaaqn Xaçatryan isə hökumət iclasından sonra deyib ki, Qarabağa səfər etməmək qərarı siyasidir:

“Belə bir siyasi qərar qəbul olunub. Başqa səbəb axtarmayın”.

Azatutyun xatırladır ki, Paşinyan 44 günlük müharibədən sonra Dağlıq Qarabağda olmayıb.

Xaçatryan sözü gedən “siyasi qərarın” niyə qəbul olunduğunu xırdalamayıb.

Azatutyunun xəbərinə görə Dağlıq Qarabağa Ermənistan vitse-spikeri başda olmaqla Milli Məclisinin nümayəndə heyəti gedib.

Mirzoyan: Sərhədlərin təyin edilməsi üçün yaxşı şərait yarana bilər
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Azərbaycanın “oyun qaydaları”

Bu da qeyd olunmalıdır ki, parlamentin vitse-spikeri İşxan Saqatelyan müxalif Daşnaksutyun partiyasının üzvüdür.

Sözü gedən nümayəndə heyətinin qalan üzvləri də müxalifəti - keçmiş prezident Robert Koçaryanın “Hayastan” və keçmiş prezident Serj Sarksiyanın “Şərəfim var” fraksiyalarını təmsil edirlər.

“Şərəfim var” fraksiyasından millət vəkili Tiqran Abraamyanın fikrincə, Ermənistanın yüksək vəzifəli nümayəndələrinin Qarabağa gəlməməsi o deməkdir ki, hakimiyyət Azərbaycanın diqtə etdiyi ouyun qaydalarını qəbul edib.

“Əgər biz bu prinsipi rəhbər tutsaq və Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul etsək, onda Artsaxın (Qarabağ - red) itirilməsini sürətləndirər və bu itkini tamlaşdırarıq. Ermənistana daim Azərbaycanın gündəliyi sırınır, yeni güzəştlər, yeni itkilər sırınır. Artsaxa (Qarabağ - red) gəlməmək və Artsaxla (Qarabağ-red) bağlı prioritet sualları irəli sürməmək bu hakimiyyətin apardığı siyasətdən xəbər verir və bu, tam gözləniləndir. Bu siyasət Ermənistan tərəfindən gələcəkdə yeni güzəştləri nəzərdə tutur”.

İşğaldan azad olunan bölgələrə səfər üçün kimlərdən icazə alınmalıdır?
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Serj Sarkisyan: “Qalib gələ bilərdik...”

Azatutyun bildirir ki, Dağlıq Qarabağda separatçı rejimin qurulmasının 30-cu ildönümü münasibətilə Ermənistanın keçmiş və indiki rəhbərləri məktublar göndəriblər.

Baş nazir Nikol Paşinyanın məktubunda deyilir ki, “Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etmək hüququ” güc tətbiq etməklə dayandırıla bilməz:

“Buna görə də biz bugün bütün beynəlxalq meydançalarda bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyib. Bu barədə həmsədr ölkələr də şahidlik edirlər. Münaqişə sülh yolu ilə hərtərəfli tənzimlənməsini, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif və müdafiə olunan məlum prinsiplər əsasında həllini gözləyir”.

Keçmiş prezident Serj Sarkisyanın məktubu isə tamamilə Nikol Paşinyanın tənqidinə həsr olunub.

Sarksiyanın sözlərinə görə, əgər Paşinyanın “bacarıqsız” hakimiyyətyi olmasaydı, 44 günlük müharibəni udmaq olardı:

“Əgər 44 günlük müharibəyədək ordu gözdən salınmasaydı, silahlı qüvvələrə kadr divanı tutulmasaydı, təcrübəli komandirləri fürsətçilərlə əvəzləməsəydilər, müharibəni bacarıqsız şəkildə aparmasaydılar, müharibə vaxtı erməni xalqına yalançı qələbə vədləri verməsəydilər və sonra da onun ruhunu sındırmasaydılar, minlərlə oğullarımızı qurban verməsəydilər, yüzlərlə əsirimizi müdafiəsizliyə düçar etməsəydilər, biz yenə də qalib gələ bilərdik”.

MN:Ermənilərə məxsus mal-qaranı Azərbaycan əsgərləri aparmayıb
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG