Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 12:42

Qarabağ çözümü Ermənistan seçkisindən asılıdırmı?


Bakının mərkəzində də yol uçdu - Nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Bakının mərkəzində də yol uçdu - Nə baş verir?

Oktyabrın 16-da Nikol Pashinian Ermənistan baş naziri postundan istefa verdi. Parlament qarşıdan gələn iki həftə ərazində iki cəhdlə yeni baş nazir təyin edə bilməsə, dekabrda növbədənkənar seçkilər olacaq.

Politoloq Hikmət Hacızadə düşünür ki, Ermənistandakı son proseslərin Azərbaycana bir başa təsiri ola bilər. Onun fikrincə, Ermənistanda respublikaçıların – Kocharian və Sarkisian-ın arxasında Rusiya durur. Üstəlik, Nikol Pashinian daha çox Qərb yönümlüdür və bu da Rusiyanın xoşuna gəlmir. Hikmət Hacızadə hesab edir ki, Rusiya istənilən vaxt Ermənistana qarşı Qarabağ kartından istifadə edə bilər, onu da Gürcüstanın taleyi gözləyə bilər:

“Rusiyanın dediyini Pasinian etməsə, fərqi yoxdur istər siyasi, istər də iqtisadi sahələrdə, o zaman Rusiya Qarabağ faktorundan istifadə edə bilər. Azərbaycanda belə fikirlər səslənir ki, Pashinian Moskva ilə bir araya gəlməsə onda Bakıya kömək ediləcək. Ola bilər kömək etsin. Amma bunun müqabilində Azərbaycandan nəsə istəyəcək. Elə-belə heç kəs, heç kəsə kömək etmir”.

Bəs, Rusiya Azərbaycandan nə istəyə bilər? Hikmət Hacızadə düşünür ki, Moskvanın əsas planı sülhməramlı qoşunlar adı altında Rusiya ordusunu bir şəkildə Azərbaycana qaytarmaqdır. Onun fikrincə, beləcə Rusiya regionda öz nəzarətini daha da gücləndirmək istəyir.

Amma millət vəkili Rasim Musabəyov bu deyilənlərlə razılaşmır. O düşünür ki, Azərbaycan özü həm iqtisadi, həm də hərbi gücü olan bir dövlətdir. Öz problemlərini özü həll etmək iqtidarındadır. Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bunun üçün Azərbaycana stabil və etibarlı tərəfdaş lazımdır:

“Bizə Ermənistanda stabil, məsuliyyətli və danışıqlarda konkret öhdəlik götürən tərəf müqabili lazımdır. Nə qədər tez Ermənistanda seçki keçirib və təkcə mitinqdə səslənən şüarlarla yox, reallıqlarla hesablaşan, danışıqlara qatılmağa qadir olan hökumət seçilsə, Azərbaycan üçün müsbət və məqbuldur”.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian da düşünür ki, Nikol Pashinian Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. O, hesab edir ki, parlament seçkilərində Pashinian qalib gələcək:

“Respublikaçılar indi elə də populyar deyil. Onlar özləri xilas etmək üçün mübarizə aparırlar. Bu isə onu göstərir ki, onların yeni parlament seçkilərində qalib gəlmək ehtimalı olduqca azdır. Təbii ki, əgər azad və ədalətli seçkilər keçirilsə”.

Qarabağ çözümünə təsiri olacaq

Richard Giragosian düşünür ki, Ermənistan xalqı dəyişiklik istəyir. Xalq istəyinə nail ola bilsə, bu tək Ermənistana deyil, bütün regiona, eləcə də Azərbaycana təsir edə bilər.

Beləliklə, Pashinian oktyabrın 16-da istefaya gediyini açıqladı. Bundan öncə o parlamentdə təmsil olunan partiyalarla görüşüb, heç bir namizəd irəli sürməyəcəkləri ilə bağlı razılığa gəlmişdi. Çünki parlament yeni baş nazir postuna namizəd irəli sürməsə dekabrda növbədənkənar parlament seçkiləri olacaq. Politoloq Hikmət Hacızadə hesab edir ki, dekabracan Ermənistanda siyasi durum tamamilə dəyişə bilər. Hətta Pashinian-a rəqib namizəd irəli sürməyəcəklərini vəd edən tərəflər sözlərindən geri belə çəkilə bilərlər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bu ehtimalı istisna etmir:

“Çünki Kocharian və Sarkisian cütlüyü bir dəfə - 1997-ci ildə hakimiyyət çevrilişi ediblər. O vaxt Levon Ter-Petrosyan Türkiyə və Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllində razılaşmaya yaxın idi. Onu məhz bu cütlük devirmişdi. Eyni üsuldan bəlkə yenə istifadə etmək istədilər. Amma o zamanla indi arasında ciddi bir fərq var. O zaman Ter-Petrosyan istefaya gedəndə cəmiyyət onu dəstəkləmədi. Amma indi Pashinian-a böyük bir dəstək var”.

Elxan Şahinoğlu deyir ki, Pashinian bir çağırışı ilə meydanları doldura bilir və onun rəqibləri xalqı qarşılarına almağa risk eləmirlər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Paşinyanın istefasından sonra Ermənistanda hadisələr hansı səmtdə inkişaf edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Oktyabrın 16-da Pashinian deyib ki, Ermənistan “yeni tarixi dönəmə” girir və “yazda başlanmış qeyri-zorakı məxməri inqilab tamamlanmalıdır”.

O, istefaya getməklə erkən parlament seçkilərinin keçirilməsi proseduruna start vermiş oldu.

Ermənistan konstitusiyasına görə, baş nazir istefa verir, parlament iki həftə ərzində onun yerinə kimsəni təsdiqləyə bilmirsə, erkən seçkilər təyin olunur.

Qarşıdakı iki həftədə parlament yeni baş nazir seçə bilməsə, dekabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırkı parlamentdə əsas yeri keçmiş baş nazir Serj Sarkisianın Respublikaçılar Partiyası tutur.

XS
SM
MD
LG