Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 20:25

Ermənistan prezidenti istefa verib


Baş nazir Nikol Paşinyan və Prezident Armen Sarkisyan
Baş nazir Nikol Paşinyan və Prezident Armen Sarkisyan

Ermənistanın Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyi açıqlayıb. Bu barədə məlumat onun rəsmi saytında yer alıb.

Məlumata görə, o, bu vəzifədə səlahiyyətlərinin çatışmadığını və ölkənin siyasətinə, müharibə və sülh məsələlərinə təsir göstərmək iqtidarında olmadığını bildirib.

“Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil, müəyyən məntiqdən irəli gələn qərardır”, - Sarkisyan vurğulayıb.

68 yaşlı siyasətçi 2018-ci ilin yazından Ermənistana rəhbərlik rəhbərlik edir. 1996-97-ci illərdə o, 4 ay baş nazir vəzifəsində çalışıb. Ermənistan parlamentli respublika olduğundan bu ölkədə prezidentlik əsasən təmsilçilik funksiyalarını yerinə yetirir. Bu vəzifə yalnız bir dəfə, yeddi il müddətinə seçilə bilər.

Sarkisyanın bəyanatında deyilir ki, Ermənistan o zaman reallığında yaşayır ki, prezident sistemli problemləri həll etmək üçün “öz potensialının böyük hissəsini istifadə edə bilmir”.

Onun sözlərinə görə, indiki vəziyyətdə “prezidentin öz ölkəsinə kömək edəcək aləti yoxdur”.

Sarkisyanın dövründə konstitusiyaya dəyişikliklərlə bağlı komissiya yaradılıb, bəyanatda xatırladılır. O ümid etdiyini bildirir ki, Konstitusiyaya mümkün düzəlişlərdən sonra növbəti prezident “daha balanslaşdırılmış mühitdə” işləyə, ölkədə nəzarət və tarazlıq sistemi yarada biləcək.

Ölkə Konstitusiyasına görə, prezident istefa ərizəsini Parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada elan edildiyi andan qəbul edilmiş hesab olunur. Yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident Parlament tərəfindən seçilir.

XS
SM
MD
LG