Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Pashinyan tərəfdarlarını parlament binasının qarşısına toplaşmağa çağırdı


Ermənistan parlamentinin binası
Ermənistan parlamentinin binası

Ermənistanın baş naziri Nikol Pashinyan oktyabrın 2-də axşam saatlarında özünün “Feysbuk” səhifəsilə öz tərəfdarlarını Yerevanda Parlament binasının qarşısına toplaşmağa çağırıb.

Pashinyan deyib ki, parlamentdə çoxluq təşkil edən keçmiş hakim “Respublika” partiyası, “Parlamentdə reqlament haqqında qanun”a dəyişiklik etmək məqsədilə oktyabrın 2-si, axşam saat 19:30 radələrində növbədənkənar iclas çağırıblar.

Pashinyan bu layihənin parlamentdən geri götürülməsi üçün axşamadək vaxt verib və həmin layihəni dəstəkləyən siyasi qüvvələri əksinqilabçılar adlandırıb.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə “Reqlament haqqında qanun” parlamentin işini tənzimləyir və ona nəzərdə tutulan düzəliş inidiki hakimiyyətin vaxtındanəvvəl seçki keçirməsini çətinləşdirir.

Qeyd edək ki, baş nazir Nikol Pashinyan bundan bir az əvvəl dekabrırda ölkədə vaxtındanəvvəl parlament seçkisi təyin edib.

Pashinyan hesab edir ki, parlamentdəki bir neçə qüvvənin ”Parlamentdə reqlamentlə bağlı”qanuna dəyişiklik edilməsinə yönəlmiş addımları qəsdən edilir.

“Söhbət indi əgər əksinqilabın olub-olmamasından gedirsə,rəsmi olaraq deyə bilrik ki, Ermənistan respublikasında əksinqilab var və onlar bu layihəni dəstəkləyən və onu dəstəkləməyə hazıralaşan qüvvələrdir. Məni əmin ediblər ki, bu layihə, 3 siyasi qüvvə tərəfindən təqdim edilib. Layihəni dəstəkləyən deputatlar istəyirlər ki, bu korrupsiyaçı qrup hökumətdən qisas alsın və təbii ki, biz buna yol verməyəcəyik”, Pashinyan vurğulayıb.

Pashinyan qeyd edib ki, Parlamentin sədri Ara Babloyanla görüşüb və seçkilərlə bağlı ona öz mövqeyini bildirib.

“Qeyd etməliyik ki, son hadisələrdən ardınca 2018-ci ilin dekabrında Ermənistanda vaxtındanəvvəl parlament seçkisi keçiriləcək. Ermnistanda birbaşa demokratiya bərqərar olunub. Əgər müəyyən edilsə ki, mən baş nazir kimi xalqı təmsil etmirəm, onda seçki olmayacaq, yox əgər əksinə olsa onda seçki keçiriləcək”, Pashinyan deyib.

Respublika partiyası keçmiş prezident Serzh Sarkisianın siyasi təşkilatı idi. O hakimiyyətdən getsə də hələlik tərəfdarları parlamentdə çoxluqdadırlar.

Qeyd edək ki, Pashinyan oktyabrın 2-də hazırda parlamentdə çoxluq təşkil edən “Respublika” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vagram Bagdasarianla görüşüb.

Amma o, vaxtındanəvvəl seçkiyə “Respublika” partiyasından razılıq ala bilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG