Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:01

Jurnalistlərin parlamentdən çıxarılmasına etiraz edirlər


Parlamentdə dava
Parlamentdə dava

Məlumatlı Vətəndaşlar Birliyinin təmsilçisi Daniel Yohanisyan deyib ki, qurum Baş Prokurorluğa müraciət edib, cinayət işi açılmasına çalışacaq

Ermənistanın media təşkilatları jurnalistlərin parlamentdə işinin əngəllənməsinə etiraz ediblər. Bu həftə deputatların əlbəyaxa davası zamanı parlament jurnalistləri onlar üçün nəzərdə tutulmuş otaqdan çıxarılıblar.

Mövcud qaydalara görə, media təmsilçiləri parlamentin işini yuxarıdan izləməyə imkan verən, şüşəylə əhatələnmiş otaqda işləyirlər.

Ermənistan parlamentində əlbəyaxa dava
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Avqustun 24-25-də parlamentdə hökumətyönlü və müxalifət deputatları arasında əlbəyaxa dava zamanı təhlükəsizlik əməkdaşları otağa girərək jurnalistləri çəkilişi dayandırmağa, oranı tərk etməyə vadar ediblər.

Jurnalistlər və media qurumlarının mövqeyincə, belə hərəkətlər onların hüquqlarını pozur, medianın işinə maneə yaradır ki, bu da Ermənistan qanunvericiliyinin pozulmasıdır.

Yerli qanunvericilik

“Civilnet” xəbər vebsaytının reportyoru Gevorq Tosunyan AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun) deyib ki, təhlükəsizlik işçiləri vebsayt jurnalistlərini otaqdan zorla çıxarıblar. O zaman parlamentin spikeri Alen Simonyan hələ fasilə elan etməmişdi, yəni iclas davam edirdi.

“Onlar hərəkətlərini izah etmədilər”, – Tosunyan deyib.

Jurnalistin fikrincə, parlament rəhbərliyinin niyyəti iclasdakı insidentlərin videolarının yayılmasını önləmək olub. Amma onun fikrincə, ictimaiyyət əslində bu səhnələri görməklə parlamentdə nə baş verdiyini bilə bilər.

“Bu bizim iş mühitimizdir. Bizi KİV haqqında qanun, Cinayət Məcəlləsi qoruyur, jurnalistin fəaliyyətinin önlənməsinin cinayət olduğunu aydın bildirir”, – o deyib.

Media təşkilatları insidentləri pisləyib, jurnalistlərə qanunsuz məhdudiyyətlərə, qısnamaya son qoymağa çağırıb.

Ermənistan hərbi dron istehsalını genişləndirmək istəyir - Azərbaycana təhdid ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Videoları deputatlar da yayıb

Məlumatlı Vətəndaşlar Birliyinin təmsilçisi Daniel Yohanisyan deyib ki, qurum Baş Prokurorluğa müraciət edib, cinayət işi açılmasına çalışacaq.

Onun sözlərinə görə, əlbəyaxa davanın videolarını indi deputat olan bəzi keçmiş jurnalistlər paylaşıblar.

“Bu insidentlərin bütün detallarını canlı videolardan, deputatların yaydığı videolardan görmüşük. Faktiki, ictimaiyyət bunu görüb, eyni zamanda jurnalistlərin peşə fəaliyyətinə əngəl yaradılıb”, – Yohanisyan vurğulayıb.

Simonyan avqustun 25-də mətbuat konfransında etiraf edib ki, jurnalistləri balkonlardan çıxarmaq lazım deyildi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG