Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

"Hayastan" bloku spikerin seçilməsindən şikayət verəcək


Ermənistan- Yeni Ermənistan parlamentinin ilk iclası, 2 avqust , 2021,-Yerevan
Ermənistan- Yeni Ermənistan parlamentinin ilk iclası, 2 avqust , 2021,-Yerevan

Mqer Qriqoryan Ermənistanın baş nazir müavini vəzifəsinə təyin edilib.

Bu barədə iyulun 3-də Azadlıq Radiosunun erməmni xidməti məlumat yayıb.

Bundan başqa Karen Andreasyan ədliyyə naziri, Tiqran Xaçatryan isə maliyyə naziri vəzifələrinə təyin olunublar.

İqtisadiyyat naziri Vahan Kerobyan, təhsil-elm-mədəniyyət və idman naziri Vahram Dumanyan, fövqəladə hallar naziri Andranik Piloyan və səhiyyə naziri Anahit Avanesyansa yenidən öz vəzifələrində qalıblar.

Yeni təyinatlar barədə məlumat, prezident Armen Sarqsyanın rəsmi saytında dərc edilib.

Parlament sədrinin seçilməsi qalmaqala səbəb olub.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” bloku Alen Simonyanın Parlamentin sədri vəzifəsinə təyin edilməsindən Konstitusiya məhkəməsinə şikayət edəcəklərini bəyan edib.

Bu fraksiyadan deputat Armen Rustamyan jurnalistlərə açıqlamasında deyib ki, spikerin seçilməsi zamanı ciddi reqlament pozuntusuna yol verilib.

Onun fikrincə digər namizədlərin iştirakı olmadan belə bir seçki keçirmək olmaz. Ona görə də bu seçkinin bərabər və normal rəqabət şəraitində keçirildiyini hesab etmək olmaz.

Qeyd edək ki, Ermənistanın yeni parlamenti avqustun 2-də keçirilən ilk iclasında, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen Simonyan parlamentin sədri seçilib. Ruben Rubinyan isə parlament sədrinin birinci müavini seçilib.

Ermənistan-Alen Simonian
Ermənistan-Alen Simonian

Müxalifətdə olan “Hayastan” bloku bu vəzifəyə Mixitar Zakaryanın, müxalifətdə olan digər kemiş prezident Serzh Sarqsyanın “Mənim şərəfim var” bloku isə Artur Sarqsyanın namizədliyini vermişdi.

Amma mənbə yazır ki, onların hər ikisi həbsdə olduqlarından səsvermədə iştirak edə bilməyiblər.

Müxalifət blokları onların təcili azad olunmalarını tələb etdiklərindən, parlamentin ilk iclası gərgin vəziyyətdə keçib və müxalifət sonda iclas zalını tərk edib.

XS
SM
MD
LG