Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:51

Erməni insan haqları müdafiəçiləri ordudakı vəziyyətdən narahatdırlar


Tavuş rayonundakı hissələrdən biri (Foto arxivdəndir)
Tavuş rayonundakı hissələrdən biri (Foto arxivdəndir)

Ermənistanın hüquq müdafiəçilərindən Janna Aleksanian deyib ki, ölkə ordusunda insan haqlarının pozulması və cəzasızlıq atmosferi hələ də davam edir.

Xanım Akeksanian bildirir ki, əsgər ölümü hadisələrinə lazımi diqqət verilmir:

“Hərbi hissələrə cinayətkar ab-hava hakimdir. Bunu dəyişmək lazımdır. Ölüm halları baş verir və bu hallar gizlədilir və araşdırılmır, təqsirkarlar cəzalandırılmır. Mən hələ onu demirəm ki, yalnız sıravi qulluqçılar cəzalandırılır və orduda cəzasızlıq atmosferi hələ də qalır”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Ermənistan silahlı qüvvələrində ölüm hallarının ümumi sayının 17 faiz,hərbi xidmətin çəkilməsi ilə bağlı ölüm hallarının sayının isə 32 faiz azaldığıl bildirlir.

Bu da bildirilir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində və “Dağlıq Qarabağın Müdafiə Ordusunda” 63 əsgər ölümü qeydə alınıb. Bunlardan 27-si müddətli hərbi xidmətdə olanlar, 23-ü müqaviləli qulluq edənlər, 2-si gizir, 10-u isə zabitlərdir.

Janna Aleksanian bu barədə deyir: “63 – dəhşətli rəqəmdir. Bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir. Bu o deməkdir ki, hər il 63 gənc hərbi xidmətdən qayıtmır. Mən çox istərdim ki, bu problemlər ciddi müzakirənin predmeti olsun. Əgər müdafiə naziri bu problemləri həll edə bilmirsə, vətəndaş cəmiyyəti, ekspertlər ordudainsan həyatının, sağlamlığının qorunması naminə əməkdaşlıq və mübarizə etməyə hazırdır”.

Başqa bir insan haqları müdafiəçisi, Artur Sakunts deyir ki, ötən müddət orduda ərazində insan haqlarının vəziyyətində dəyişiklik yaranmayıb.

O bildirib ki, ordu təchizatında ərzaq və geyim ləvazimatının keyfiyyətinin qaldırılması iləbağlı müəyyən addımlar atılır, amma hərbi intizamın təmin olması sahəsində vəziyyət dəyişmir.

Ekspert deyib ki, bu, bir neçə faktorla bağlıdır. Bunlardan biri də insan haqlarını pozmuş zabitlərin və hərbi qulluqçuların dəyişdirilməsi üçün addımların atılmamasıdır.

Sakunts deyib ki, bəzi hallarda insan haqlarını pozan zabitlər nəinki ordudan kənarlaşdırılmır, onların hətta rütbələri və vəzifələri artırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG