Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 20:51

Paşinyanın partiyası müxalifətdən 'narahat deyil' (Video)


Ermənistanda etirazlar Paşinyanı devirə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ermənistanda etirazlar Paşinyanı devirə bilərmi?

Aprelin 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti "ölkədə real kütləvi iğtişaş təhdidi" ilə bağlı xəbərdarlıq səsləndirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, hakim partiya müxalifətin etiraz aksiyaları ilə hakimiyyəti dəyişə bilməyəcəyinə əmindir.

Hakim “Vətəndaş müqaviləsi” partiyasında düşünürlər ki, müxalifətin mayın 2-də başladığı vətəndaş itaətsizliyi aksiyası 2018-ci ilin “məxməri” inqilabının taktikasını təqlid edir, amma bu etirazın “məzmunu” yoxdur.

Hakim fraksiyadan deputat Vaaqn Aleksanyan Azatutyuna deyib ki, onları küçədəki vəziyyət narahat etmir və Paşinyanın istefası məsələsi gündəlikdə deyil.

Üstəlik millət vəkilinin sözlərinə görə hakim partiya öz gündəliyindən imtina etmir. Aleksanyan deyir ki, müxalifət xalqın əsəbləri ilə oynayır:

“2018-ci ildə ümummili hərəkat vardı. İndi isə o vaxt yüz minlərlə, hətta milyonadək insanın etdiyini 4-5 min nəfərlə təkrar etmək mümkün deyil. İndi onlar öz az sayları ilə vətəndaşların əsəblərinə təsir göstərmək, əsəbi ab-hava yaratmaq istəyirlər. Düşünmürəm ki, bunda narahat olmalı nəsə var”.

Paşinyanı “türk” və “satqın” adlandıranlar

Daha bir iqtidaryönlü deputat – Narek Kaqramanyan deyir ki, o müxalifətin təklif etdiyi proqramı görməyib və onların tələblərini eşitməyib:

“Mən istisna etmirəm ki, küçəyə çıxan adamların bir qismi ideya üçün çıxıb, amma mən etirazların təşkilatçılarında ideologiya görmürəm. Mən indiyədək onların düz-əməlli mövqeyi barədə nəsə eşitməmişəm”.

Baş nazir Nikol Paşinyanın “Artsaxı (Qarabağ-red) Azərbaycana təhvil vermək niyyətində olduğuna dair müxalifətin iddiaları barədə suala cavab verən deputat deyib ki, indiki müxalifət bu yaxınlaradək hakimiyyətdə olanda Dağlıq Qarabağla əlaqədar situasiya barədə hər şeyi bilirdi:

“Bizim rəhbərliyimiz deyir ki, bu barədə heç bir yeni sənəd yoxdur. Mən konkret addımlar barədə nəsə eşitməmişəm. Onlar Nikolu “türk”, “satqın” adlandırırlar, amma dediklərinin konkret mənası yoxdur.”

Deputat deyib ki, “Vətəndaş müqaviləsi” partiyası Paşinyanın istefası məsələsini müzakirə etmir.

Sərhəddəki ermənilər: 'Türklər bura ayaq açsa, bizi nökər edəcəklər'
Gözlə

No media source currently available

0:00 0:09:10 0:00

“Ən cəsur balıq”

Azatutyun xatırladır ki, mayın 3-də Milli Məclisin daha bir dördgünlük sessiyası başlanmalıdır.

Bəzi iqtidar deputatları sosial şəbəkələrdə müxalifətdən olan millət vəkillərinə xatırladırlar ki, onlara dövlət büdcəsindən maaş küçədə yox, parlamentdə olmaq üçün ödənir.

Azatutyun yazır ki, iqtidar deputatlı Vaaqn Aleksanyan müxalifəti təmsil edən vitse-spiker İşxan Saqatelyana daha kəskin müraciət edib və onu “dəstədəki ən cəsur balıq” adlandırıb.

O bildirib ki, onun bu bəyanatı Saqatelyanın hakimiyyət deputatlarını “əsir” adlandırmasına cavabdır.

Aleksanyan Qarabağ məsələsində ən barışmaz mövqe tutan Daşnaksutyun partiyasının liderlərindən Saqatelyanı sabah parlamentə gəlib düşündüklərini yüksək tribunadan deməyə çağırıb.

Ermənistanda aksiyalar

Yerevanda polis Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 244 etirazçını saxlayıb.

Ermənistan Ombudsmanının bildirdiyinə görə, hüquq müdafiəçiləri polis şöbələrində işləyir, saxlanan fəallara hüquqi yardım göstərir.

***

Polisin son məlumatına görə, bu gün səhərdən Yerevanın mərkəzində nəqliyyatın hərəkətini dayandırmağa çalışan və həbs edilən müxalifət tərəfdarlarının sayı 189 nəfərə çatıb.

“Ayastan” blokundan İşxan Saqatelyan jurnalistlərə deyib ki, “mübarizə dayanmayacaq, hər şey plan üzrə, xalqın tələbinə uyğun gedir”.

Müxalifət 200-dən çox etirazçının saxlandığını bildirir. Saqatelyan çoxsaylı zorakılıq hallarının baş verdiyini deyib.

Polis isə Ermənistan paytaxtında nəqliyyatın hərəkətinin bərpa olunduğunu açıqlayıb. “Hazırda yolların hamısı hərəkət üçün açıqdır”, – polis bildirir.

***

Hazırda Yerevanın müxtəlif rayonlarında 125 nəfərin saxlandığı bildirilir. Bu haqda Azatutyun radiosu məlumat yayıb.

***

Artıq Yerevanda müxalifət səhər 8:30-dan itaətsizlik aksiyasına başlayıb. Şəhərin mərkəzində onlarla küçənin bağlandığı xəbər verilir.

Polis Xorenatsi küçəsini bağlamağa çalışan vətəndaşları saxlayır, küçəni açmağa çalışır.

Bəzi küçələrə girişi qapadan nümayişçilər bunun üçün zibil qablarından, oturacaqlardan istifadə edirlər. Fransa meydanının dörd tərəfdən bağlandığı xəbər verilir.

“Ayastan” blokunun üzvü, parlamentin vitse-spikeri İşxan Saqateylan Azatutyun radiosuna deyib ki, gecə toqquşmalar olmayıb. Yağış yağmasına baxmayaraq, vətəndaşlar Fransa meydanında gecələyiblər.

***

Mayın 2-dən Ermənistanda müxalifət vətəndaş itaətsizliyi aksiyasına başlayır.

AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir ki, paytaxt Yerevanda səhərdən bir çox küçələr və avtomagistrallar bağlanmalıdır. Bunu dünən Yerevandan Fransa meydanında mitinqdə parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqateylan bildirib.

Saqatelyan qeyd edib ki, özəlliklə Yerevanın mərkəzindəki Kentron ərazisində avtomobillər hərəkət etməməlidir.

Meydanda gecələyiblər

Hakimiyyətin istefasını tələb edən müxalifət bir həftəydi əhalini məlumatlandırma aksiyası keçirirdi. Fransa meydanında mitinqdən sonra isə müxalifəti bəzi tərəfdarları çadır quraraq orada gecələyib.

“Bu bir neçə günü biz əziyyət çəkəcək, məhrumiyyətlərə qatılacaq, düşüb qalxacaq, polis bölmələrinə aparılacağıq. Ancaq bu çox çəkməyəcək. Bundan sonra Ermənistanda həmrəylik, ədalət, azadlıq və birlik olacaq”, – Saqatelyan vurğulayıb.

Minlərlə müxalifət tərəfdarının qatıldığı aksiyada “Qarabağ” plakatları qaldırılıb.

Saqatelyan deyib ki, Qarabağın Azərbaycan daxilində hər hansı siyasi statusu onlar üçün qəbuledilməzdir.

Qarabağ bəyanatından sonra...

Müxalifətin küçə etirazları iki həftə öncə Baş nazir Nikol Paşinyanın Qarabağ bəyanatından sonra başlanıb. Paşinyan deyib ki, beynəlxalq ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində gözləntilərini aşağı salmağını istəyir.

Ermənistan müxalifəti indiki hakimiyyətin Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək istədiyini bildirir. Ona görə də onlar Paşinyanın ictimai təzyiq yoluyla hakimiyyətdən devrilməsinin tələb edirlər.

“Ayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Koçaryan da dünənki mitinqə qoşulsa da tribunada çıxış etməyib.

Aprelin 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti “ölkədə real kütləvi iğtişaş təhdidi” ilə bağlı xəbərdarlıq səsləndirib.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Beş prinsip

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ikitərəfli sülh sazişinin hazırlanmasına başlamağa və sərhədlərin delimitasiyasə üzrə birgə komissiya yaratmağa razılaşıb.

Bakı sülh sazişi üçün beş prinsip, o cümlədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını irəli sürüb. Paşinyanın bu elementlərin Yerevan üçün əsasən qəbuledilən olduğunu deməsi müxalifəti qızışdırıb. Onlar baş naziri Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olmaqda suçlayırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG