Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 19:40

Ermənistan itki sayının 207-yə çatdığını bildirir


Ermənistan hərbçiləri
Ermənistan hərbçiləri

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının sentyabrın 19-da keçirilmiş iclasında məlumat verilib

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, sentyabrın 12-də və 13-də Azərbaycan-Ermənsitan sərhədində toquşmalar nəticəsində erməni tərəfindən həlak olan və itkin düşənlərin sayı 207-yə çatıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının sentyabrın 19-da keçirilmiş iclasında məlumat verilib.

Xəbər verilir ki, həlak olanların 3-ü mülki şəxsdir, daha 2 mülki şəxsin harada olması bilinmir.

Toqquşmalarda 293 hərbi qulluqçunun və 3 mülki şəxsin yaralandığı bildirilir. Bu da deyilir ki, 20 hərbi qulluqçu əsir düşüb.

Sentyabrın 19-da baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclasında bəyanat qəbul olunub.

Ermənistan tərəfi sərhəd toqquşmasında 135 hərbçisinin, Azərbaycan isə 79 hərbçisinin həlak olduğunu rəsmən təsdiq edib.

Ermənistan tərəfi atəşkəsə hələki riayət olunduğunu bildirir.

XS
SM
MD
LG